SON XƏBƏRLƏR

Ədəbiyyat üzrə Nobel mükafatı Fransa yazıçısına veriləcək

2021.10.20, 07:36
Ədəbiyyat üzrə Nobel mükafatı Fransa yazıçısına veriləcək

Gunaz.tv
Ədəbiyyat üzrə Nobel mükafatı Fransa yazıçısına veriləcək jan-mariqustavleklezio.jpg Stokholm – APA. 2008-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı elan edilib. APA-nın məlumatına görə, Stokholmda keçirilən mətbuat konfransında ədəbiyyat üzrə Nobel mükafatının 68 yaşlı fransız yazıçısı Jan-Mari Qustav le Klezioya veriləcəyi açıqlanıb. Jan-Mari Qustav le Klezio dekabrın 10-da keçiriləcək mərasimdə Norveç Kral Akademiyasının diplomu, qızıl medal və 10 milyon İsveç kronu (1,42 milyon dollar) puldan ibarət mükafatını alacaq. Qeyd edək ki, ədəbiyyat üzrə Nobel mükafatı 1901-ci ildən verilir. Ötən il mükafatı britaniyalı Doris Lessinq almışdı. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar