SON XƏBƏRLƏR

TEHRANA ENDİRİLƏN HƏRBİ TƏYYARƏ NATO-nun OLUB. İran KİV-ləri hava əməliyyatına aydınlıq gətirdi

2021.10.20, 07:36
TEHRANA ENDİRİLƏN HƏRBİ TƏYYARƏ NATO-nun OLUB. İran KİV-ləri hava əməliyyatına aydınlıq gətirdi

Gunaz.tv
TEHRANA ENDİRİLƏN HƏRBİ TƏYYARƏ NATO-nun OLUB İran KİV-ləri hava əməliyyatına aydınlıq gətirdi 804.jpg İran KİV-ləri Amerika Hərbi Hava Qüvvələrinə aid “F-16” “Falcon” tipli hərbi təyyarənin ölkənin hava məkanına icazəsiz daxil olmasından sonra məcburu endirilməsi haqda bir gün əvvəl yayılmış xəbərlərə aydınlıq gətirib. Məlum olub ki, təyyarə ABŞ-a yox, NATO ölkələrindən birinə aid olub. Lakin onun içərisində Amerika hərbçilərinin olub-olmadığı haqda ziddiyyətli xəbərlər yayılır. Xatırladaq ki, ilk dəfə İranın “Fars” agentliyi Türkiyə ərazisindən qalxan Amerika təyyarəsinin məcburu endirildiyi haqda xəbər yayıb. Bu xəbər dünyada geniş rezonansa səbəb olub. Daha sonra İran mənbələri insidentin əslində sentyabrın 30-da baş verdiyini, təyyarənin isə ABŞ-a yox, Macarıstana aid olduğunu xəbər veriblər. Dünən xarici KİV-lər bu insidentlə bağlı yeni xəbərlər yayaraq, təyyarədə Amerika hərbçilərinin olmadığını bildiriblər. Bundan əvvəl təyyarədə beş Amerika generalının olduğu da bildirilirdi. “Fars” agentliyi isə insidentlə bağlı yeni xəbərində təyyarədəkilərin NATO blokuna üzv ölkələrin hərbçiləri olduğunu xəbər verib. Bildirilir ki, onlar Əfqanıstana gedirmiş. Təyyarə sentyabrın 30-da Tehranın Mehrabad aeroportunda yerə endirilib. Ekipaj üzvlərinin və sərnişinlərin sənədləri, təyyarənin yükləri yoxlanılıb və uçuşu davam etdirməyə icazə verilib. “Fars” agentliyi israr edir ki, təyyarə ABŞ-a aid olub, ancaq onunla NATO ölkələrinin hərbçiləri uçurmuş. İranın dövlət televiziyası isə təyyarənin Macarıstan şirkətlərindən birinə aid olmasını və təsadüfən ölkənin hava sərhədlərini pozduğunu xəbər verib. Bildirilir ki, təyyarə humanitar yük daşıyırmış. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar