SON XƏBƏRLƏR

TÜRKİYƏDƏ DAHA BİR TERAKT TÖRƏDİLDİ . Daha 4 PKK terrorçusu məhv edildi

2021.10.20, 07:36
TÜRKİYƏDƏ DAHA BİR TERAKT TÖRƏDİLDİ . Daha 4 PKK terrorçusu məhv edildi

Gunaz.tv
TÜRKİYƏDƏ DAHA BİR TERAKT TÖRƏDİLDİ Daha 4 PKK terrorçusu məhv edildi Dünən Türkiyədə polis məktəbinin əməkdaşlarını aparan mikroavtobus terrorçuların silahlı hücumuna məruz qalıb. Nəticədə 6 polis məmuru şəhid olub, 21 nəfər isə ağır yaralanıb. Diyarbəkir vilayətində polis məktəbinə məxsus mikroavtobusun PKK terrorçuları tərəfindən hədəfə alındığı deyilir. haberturk.com saytının məlumatına görə, teraktın baş verdiyi yerdə 1 ədəd partlamamış əl qumbarası da tapılıb. Polis və ordu qüvvələri terrorçuların yaxalanması üçün əməliyyatlara başlayıb. Türkiyənin cənub-şərqindəki Şırnak rayonu ərazisində təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında toqquşma baş verib. APA-nın haberturk.com-a istinadən verdiyi məlumata görə, oktyabrın 7-də Şırnakın Güclükonak qəsəbəsinin dağlıq ərazisində baş verən döyüşdə 4 terrorçu məhv edilib. Beləliklə, son 5 gün ərzində məhv edilən terrorçuların sayı 29-a çatıb. Xəbər xidməti musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar