SON XƏBƏRLƏR

Türkiyə Ordusu Şimali İraqda daha bir il hərbi əməliyyatlar aparacaq

2021.10.20, 07:36
Türkiyə Ordusu Şimali İraqda daha bir il hərbi əməliyyatlar aparacaq

Gunaz.tv
Türkiyə Ordusu Şimali İraqda daha bir il hərbi əməliyyatlar aparacaq turkiyeparlament.jpg Türkiyə Ordusu Şimali İraqda daha bir il hərbi əməliyyatlar aparacaq Türkiyə parlamenti sərhəddən kənar hərbi əməliyyatların həyata keçirilməsi mandatını bir il müddətinə uzadıb Türkiyə parlamenti sərhəddən kənar hərbi əməliyyatların həyata keçirilməsi mandatını bir il müddətinə uzadıb. Oktyabrın 17-də başa çatmalı olan mandatın uzadılmasını hökumət təklif edib və bunun üçün Türkiyə Böyük Millət Məclisinə müraciət ünvanlayıb. Türkiyə ordusu ötən ilin dekabrından indiyədək 29 hərbi əməliyyat həyata keçirib. PKK terrorçularının sığındığı ərazilərə əsasən havadan zərbələr endirilib. Məlumatı parlamentdəki səsvermədən əvvəl dövlət naziri Cəmil Çiçək verib. Hərbi əməliyyatlar üçün mandatın uzadılması təklifini ölkə müxalifəti də dəstəkləyib. Bir sıra müxalif siyasi qüvvələr, xüsusilə, Milliyyətçi Hərəkat Partiyası İraqla sərhəddə təhlükəsizlik bölgəsinin yaradılmasını və kürd silahlıranın Türkiyə ərazisinə keçməsinin qarşısının alınmasını təklif edib. Baş nacir Rəcəb Tayyip Ərdoğan isə buna cavab olaraq bildirib ki, Türkiyə Silahlı Qüvvələri bufer zonanın və ya təhlükəsizlik zonasının yaradılmasının vacibliyini müəyyənləşdirəcəklər. Qeyd edək ki, PKK terror təşkilatının Türkiyə ərazisində həyata keçirdiyi təxminən 25 illik separatçılıq nəticəsində 40 min nəfərdən artıq insan həlak olub. PKK-nı BMT və Avropa Birliyi də terrorçu təşkilat kimi tanıyıb. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar