SON XƏBƏRLƏR

Türkiyədə polis məktəbinin tələbələri terrorçuların hücumuna məruz qalıb

2021.10.20, 07:36
Türkiyədə polis məktəbinin tələbələri terrorçuların hücumuna məruz qalıb

Gunaz.tv
Türkiyədə polis məktəbinin tələbələri terrorçuların hücumuna məruz qalıb 20081009111841_1.jpg Türkiyənin Diyarbəkir vilayətində polis məktəbinə aid mikroavtobus terrorçular tərəfindən partladılıb. “Cihan” xəbər agentliyinin yaydığı məlumata görə, baş vermiş insidentdə 6 polis şəhid olub, azı 14 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Polislər və hərbçilər hadisəni törədən terrorçuların yaxalanması üçün əməliyyatlara başlayıb. ANS PRESS -------------------------------------------------------------------------- Livanda iki amerikalı jurnalist yoxa çıxıb "Yeni Şərq"in ANS-ə istinadən verdiyi xəbərə görə, Livanda İordaniyanın «Jordan Times» qəzeti üçün çalışan iki amerikalı xurnalist itkin düşüb. Teylor Lyuk və Holli Kamella qaldıqları oteli sentyabrın 30-da tərk ediblər və indiyədək onlardan heç bir xəbər yoxdur. Dostları və həmkarlarının apardığı axtarışlar da nəti cə verməyib. ABŞ-ın Beyrutdakı səfirilyi amerikalı jurnalistlərin yoxa çıxmasını təsdiqləyiblər. Səfirlik, onların oğurlandığını istisna etmir. Livan polisi Amerika vətəndaşlarını axtarır. Müəyyənləşdirilib ki, məzuniyyətlərini Livanda keçirən jurnalistlər qədim Finikiya şəhəri Biblosun qalıqlarına baxmaq üçün Beyrutu tərk ediblər. Onlar Tripolidən qonşu Suriyaya keçməyi planlaşdırırlarmış. Qeyd edək ki, ABŞ-ın Beyrutdakı diplomatik nümayəndəliyi oktyabrın əvvələrində Amerika vətəndaşlarını Livana səfər etməkdən çəkinməyə çağırıb. Səfirlik bunu mümkün terror hücumları ilə əlaqələndirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar