SON XƏBƏRLƏR

MHP başqanının baş müşaviri: “Qarabağ ərazisində 150-200 PKK terrorçusu var”

2021.10.20, 07:36
MHP başqanının baş müşaviri: “Qarabağ ərazisində 150-200 PKK terrorçusu var”

Gunaz.tv
MHP başqanının baş müşaviri: “Qarabağ ərazisində 150-200 PKK terrorçusu var” “Milliyyətçi Hərəkat Partiyasının terrora qarşı mübarizə istiqamətində ilk təklifi iqtidarın iradə nümayiş etdirməsi ilə bağlıdır”. Bu eksklüziv açıqlamanı APA-nın Türkiyə bürosuna MHP başqanı Dövlət Baxçalının baş müşaviri Hidayət Vahaboğlu verib. O bildirib ki, hökumət ölkəni terror bəlasından xilas etmək istəyirsə, ilk növbədə İraqın şimalında “bufer zona” yaratmalıdır: “Bu zonada bu gün Türkiyə-İraq sərhədində olan zəif nöqtələr aradan qaldırılacaq. Orada çox hündür və nəzarət edilməsi mümkün olmayan yerlər var. Terrorçuların ilk növbədə o yerlərdən ölkəmizə giriş-çıxışını əngəlləmək lazımdır. Sədrimiz Dövlət Baxçalı həmçinin milli konsensus yaradılmasının vacibliyindən bəhs edir. Bu məsələdə bütün partiyalar iradə nümayiş etdirməlidir. Biz iqtidarın PKK terror təşkilatına qarşı lazımi addımlar atmadığını düşünürük. Çünki AKP iqtidarı bəzi məsələlərə görə PKK terror təşkilatına qarşı təsirli mübarizəni gecikdirir və bütün baş verənlərin məsuliyyətini ABŞ-ın boynuna yıxmaq istəyir. İraq bu gün ABŞ tərəfindən idarə olunur. Əgər amerikalılar ölkəmizə qarşı terror aksiyalarını əngəlləyə bilmirsə, o zaman bizim sərhədin o tayında “bufer zona” yaratmaq hüququmuz ortaya çıxır. Təhlükəsizlik bölgəsinin mənası budur - o zonaya bütün girişlərə qadağa qoyulacaq və həmin əraziyə daxil olan istənilən şəxsə qarşı silah tətbiq olunacaq. Bu, sərhədin dəyişməsi və ya Türkiyənin İraq torpaqlarına təcavüzü deyil, terror bitənə kimi müvəqqəti istifadə olunacaq bir metoddur. Bölgə insanların yaşamadığı hala gətirilərək Türkiyənin nəzarətinə verilməlidir. Çünki İraq özü o ərazilərə nəzarət edə bilmir”. Hidayət Vahaboğlu Tələbani və Bərzanini Türkiyənin başının altına yastıq qoymaqda suçlandırıb: “Hazırda Bərzani İraqın şimalında yaşayan kürdlər üzərində yeganə qüvvə olmaq istəyir. Tələbani də İraq hökumətinin görə biləcəyi bəzi işləri əngəlləyərək oradakı nüfuzunu davam etdirməyə çalışır”. Hidayət Vahaboğlu hazırda Azərbaycanın işğal altında olan ərazilərində PKK üzvlərindən ibarət 150-200 nəfərlik qrupun olduğunu bildirib: “Qarabağda PKK terrorçularının olmasını tam dəqiqliyi ilə deyə bilərəm. Türkiyə Silahlı Qüvvələrinin hal-hazırda Dağlıq Qarabağda əməliyyat keçirməsi mümkün deyil. Amma əgər AKP hökuməti Ermənistanla danışıqlara başlayarsa, bu məsələni mütləq gündəmə gətirməlidir. Və ya BMT-də çıxışlar zamanı Ermənistanın PKK terror təşkilatını dəstəkləməsi və bu təşkilatın üzvlərinə işğal etdiyi Dağlıq Qarabağ ərazisində sığınacaq verməsi məsələsi açıq mətnlə bəyan edilməlidir”. 525

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar