SON XƏBƏRLƏR

Əsnaf və qızılçılar Təbriz bazarın bağlayıblar

2021.10.20, 07:36
Əsnaf və qızılçılar Təbriz bazarın bağlayıblar

Gunaz.tv
bazar.jpg Artıq 3 gündür ki Təbriz bazarı bağlıdır. Özəlliklə qızılçıların etirazları nədənilə bağlanan “Qızılçı bazarı” İran adlanan ölkənin yeni vergi sistemine yönəlidir. Yeni qərarlara görə, artımlı olan alverlərdən alınacaq olan vergilər yüksələcəkdir. Bu qərarlar İran məclisində onaylanmağ mərhələsindədir. BayBak-ə gələn bilgilərə görə, son illərdə yüksələn bahalığ və yer-mülk dəyərinin yersiz qalxışı Azərbaycanda millətin etirazına nədən olub. İranda son bilgilərə görə infilasiyanın oranı 30% aşıb və iqtisad ağır durumdadır. Demək olar ki Azərbaycanın iqtisadiyatın dağıtmağa çalışan Fars hakimiyəti öz qazdığı qoyuya düşməkdədir. Dünya ictimaiyətin təhlükəyə salan terrorist rejimin iqtisadi gəlirlərinin çoxu Azərbaycan və Ərəb bölgələrindən gəlsədə, o bölgələrin iqtisadiyatı körlanıb və varlıqları talan olmaqdadır. BayBak artırır ki son aylarda yalnız Doğu Azərbaycanın (Azərbaycane Şərqi) qeyri nəft satışı 600 milion dolları aşıb. Muğan bölgəsində nəft quyularınınntapılması, açıq bazar qurallarının uyqulanması, turizm, meyvə və göyərənti, biliyurdları və fabrikaların doğru yönətilmələri və yer altı sərvətlərin Azərbaycanda qalmasın gözdə alırsaq əgər, demək Azərbaycan qadir olacaqdır ki özündən əlavə qomşularında idarə etsin. Bu sərvətlər indilik Fars şovonistlərinin cebinə getməkdədir. Aldığımız bilgilərə görə, etirazlar yayılmaqdadır və Məşhəd, İsfahan və Şiraz kimi şəhərlərdədə eyni etirazlar hayata keçirilibdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar