SON XƏBƏRLƏR

Kosovonun müstəqilliyinin qanuniliyinə Beynəlxalq Məhkəmədə baxılacaq

2021.10.20, 07:36
Kosovonun müstəqilliyinin qanuniliyinə Beynəlxalq Məhkəmədə baxılacaq

Gunaz.tv
Kosovonun müstəqilliyinin qanuniliyinə Beynəlxalq Məhkəmədə baxılacaq BMT-nin Baş Assambleyası Serbiyanın Kosovo bölgəsinin müstəqillik elan etməsinin qanuniliyinə BMT məhkəməsində baxılması barədə müraciətini təsdiq edib. Serbiya bu ilin fevralında Kosovonun müstəqilliyinin tanınmasından imtina etmişdi. Serbiya istəyir ki, Beynəlxalq Məhkəmə bu məsələyə dair öz rəyini bildirsin. Başda Amerika Birləşmiş Ştatları olmaqla dünyanın 50-ə qədər ölkəsi Kosovonun müstəqilliyini tanıyıb. Lakin Rusiya tərəfindən dəstəklənən Serbiya digər ölkələri bu addımdan çəkindirmək üçün fəal təbliğat işi aparmaqdadır. Qərb ölkələri ehtiyatlanırlar ki, bu məsələnin Beynəlxalq Məhkəməyə ötürülməsi Kosovonun dünya birliyinə inteqrasiyası prosesini ləngidə bilər. Beynəlxalq Məhkəməyə qərar çıxaqmaq üçün iki ilə qədər vaxt tələb oluna bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar