SON XƏBƏRLƏR

Parıldayan zülal Nobel aldı

2021.10.20, 07:36
Parıldayan zülal Nobel aldı

Gunaz.tv
Parıldayan zülal Nobel aldı Kimya sahəsində builki Nobel mükafatını üç amerikalı alim - Martin Çalfi, Rocer Sien və Osamu Simomura bölüşüblər. İsveç Kral Elmlər Akademiyası Stokholmda yaydığı bəyanatda bildirib ki, alimlər bu ödülə yaşıl flüroesent zülal (Grenn Fluorescent Protein, GFP) sahəsində apardıqları elmi tədqiqatlar və kəşflərə görə layiq görülüblər. Builki müakfat 10 milyon İsveç kronudur və alimlərin hər biri məbləğin 1/3-nü alacaq. Yaşıl fluroesent zülal və ya "işıq saçan zülal" ilk dəfə 1962-ci ildə "Auguorea victoria" meduzasında tapılıb. GFP adı ilə tanınan zülal müəyyən uzunluqlu dalğada işıq düşəndə yaşımtıl rəngdə işıq saçır. GFP biokimya və molekulyar biologiyada ən mühüm alətlərdən biridir. Alimlər bu zülal vasitəsilə hüceyrədə baş verən prosesləri izləyir, onları maraqlandıran hüceyrə strukturlarını "işarələyirlər". GFP əsasında başqa rənglə işıq verən xeyli sayda zülallar yaradılır. Bundan başqa, GFP lülə hüceyrələrinin transplantasiyası zamanı toxumaların inkişafını izləməyə imkan verir. Faktiki olaraq yaşıl flüroesent zülalın kəşfi biokimyada tam yeni istiqamətin yaranmasına və inkişafına təkan verib. 2006-cı ilin yayında Tayvan Milli Universitetinin alimləri donuzun DNK zəngirinə meduzadan götürülmüş GFP embrionunu daxil etməklə yaşıl işıq saçaraq parıldayan donuz yetişdirmişdilər. Xatırladaq ki, 2007-ci ildə kimya sahəsində Nobel mükafatına bərk səthlərdə baş verən kimyəvi proseslərin tədqiqatına görə alman alim Gerhard Ertl layiq görülmüşdü.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar