SON XƏBƏRLƏR

Qlobal istiləşmə, 13 ölümcül xəstəliyi yayır

2021.10.20, 07:36
Qlobal istiləşmə, 13 ölümcül xəstəliyi yayır

Gunaz.tv
Qlobal istiləşmə 13 ölümcül xəstəliyi yayır İnsan orqanizmi və təbiət üçün ölümcül təhlükəli olan 2 xəstəliyin yayıldığı coğrafiya genişlənir. Ebola qızdırması, vəba, taun və yuxu xəstəliyi kimi "ölüm 13-lüyü" adlanan qrupa daxil edilən mərəzlər qlobal istiləşmə və iqlim dəyişiklikləri nəticəsində planetdə daha sürətlə yayılırlar. Vəhşi Təbiətin Mühafizəsi Cəmiyyətinin (Wild Life Conservation Society, WGS) alimlərinin hesabatında bildirilir ki, vəhşi heyvanların vəziyyətini öyrənərək epidemiyaların yaxınlaşmasının ilkin təzahürlərini aşkarlayaraq milyonlarla insanı xilas etmək olar. Alimlərin "ölüm 13-lüyü" adlandırdıqları qrupa "quş qripi", babezioz, vəba, Ebola qızdırması, dəri və bağırsaq parazitləri, Laym xəstəliyi, taun, "qırmızı axınlar" (insan orqanizmi üçün ölümcül təhlükəli brevetoksinlər, aşılama turşusu və saksitoksinlər ayıran su mamırlarının çiçəklənməsi), Rift vadisinin qızdırması, yuxu xəstəliyi, vərəm və sarı qızdırma daxildir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar