SON XƏBƏRLƏR

Yarımçıq sammit_ İlham Əliyev Bişkekə getməyəcək. MDB sammitinə Yuşşenko və Birlikdən ayrılan Saakaşvili də qatılmayacaq

2021.10.20, 07:36
Yarımçıq sammit_ İlham Əliyev Bişkekə getməyəcək. MDB sammitinə Yuşşenko və Birlikdən ayrılan Saakaşvili də qatılmayacaq

Gunaz.tv
Yarımçıq sammit İlham Əliyev Bişkekə getməyəcək. MDB sammitinə Yuşşenko və Birlikdən ayrılan Saakaşvili də qatılmayacaq Oktyabrın 10-da Qırğızıstanın paytaxtı Bişkekdə MDB dövlət başçıları Şurasının iclası keçiriləcək. APA-nın məlumatına görə, iclasda Azərbaycan prezidenti İlham Əliyev iştirak etməyəcək. Azərbaycanı toplantıda baş nazir Artur Rasizadənin təmsil edəcəyi gözlənilir. MDB İcraiyyə Komitəsinin məlumatına görə, iclasın gündəliyinə təşkilatın təhlükəsizliyinin və işinin optimallaşdırılmasının təmin edilməsinə yönəlmiş iqtisadi və humanitar əməkdaşlığını gələcəyini müəyyənləşdirən 19 məsələ daxil edilib. Görüşdə 2020-ci ilədək olan dövrdə MDB-nin iqtisadi inkişaf strategiyası layihəsi, 2009-cu ildə MDB-nin üzvü olan dövlətlərin energetika sahəsində əməkdaşlığın müəyyənləşdirilməsi, informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əlaqələr konsepsiya və onun 2008-2010-cu illərdə reallaşdırılması tədbirləri, Böyük Vətən müharibəsində Qələbənin 65-ci ildönümünün qeyd edilməsinə dair tədbirlər planı və s. məsələlər müzakirə olunacaq. Dövlət Başçıları 2009-cu ili Birlik çərçivəsində Gənclər ili elan etmək təşəbbüsünü müzakirə edəcəklər. Sammitdən bir gün əvvəl keçiriləcək MDB XİN başçıları Şurasının iclasında 26 məsələ, o cümlədən 2009-2011-ci illərdə qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində MDB ölkələrinin əməkdaşlığı proqramı, təhlükəsizlik, terrorizmlə mübarizə ilə bağlı saziş layihələri müzakirə olunacaq. İclasda MDB dövlət Başçılarının müzakirəsinə veriləcək sənədlərin layihələri də müzakirə olunacaq. Bütünlükdə dövlət başçıları Şurasının gündəliyinə 21 məsələ daxil edilib. MDB-yə sədrlik edən Qırğızıstanın təklifi ilə XİN başçıları Şurasının iclasına Gürcüstanın MDB-də üzvlüyü məsələsi də salınıb. Xatırladaq ki, avqustun 18-də Gürcüstan XİN MDB-dən çıxmaq barədə notasını qurumun İcra Komitəsinə təqdim edib. MDB-nin Nizamnaməsinə görə təşkilata üzvlükdən çıxmaq istəyən dövlət 12 ay əvvəldən müraciət etməlidir. Beləliklə, Gürcüstan MDB-dən 2009-cu il avqustun 18-dən çıxmış sayılacaq. L akin de-fakto Gürcüstanı MDB-dən çıxmış saymaq olar. Gürcüstan prezidenti Mixail Saakaşvili MDB sammitinə qatılmayacaq. Ukrayna prezidentinin katibliyinin məlumatına görə, Viktor Yuşşenko da Bişkekə getməyəcək. Bəkir express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar