SON XƏBƏRLƏR

Xocalı həqiqətləri müsəlman ölkələrində dərsliklərə salınacaq

2021.10.20, 07:36
Xocalı həqiqətləri müsəlman ölkələrində dərsliklərə salınacaq

Gunaz.tv
Xocalı həqiqətləri müsəlman ölkələrində dərsliklərə salınacaq Xocalı soyqırımı həqiqətləri İslam Konfransı Təşkilatı (İKT) üzv ölkələrində yayımlanacaq. Bu barədə qərar dünən işini yekunlaşdıran İKT ölkələrinin təhsil nazirlərinin IV sessiyasında qəbul olunub. Qətnamədə bildirilir ki, İKT Srebrenissa və Deyr Yasinqdə baş vermiş, eyni zamanda ermənilərin törətdikləri Xocalı və Van qətliamları haqqında həqiqətlərin İKT ali təhsil dərslikləri vasitəsilə yayımlanmasını dəstəkləyir və "Xocalıya Ədalət" beynəlxalq kampaniyasını 2009-2012-ci illərdə üzv ölkələrdə prioritet kimi qəbul edir. Bu təşəbbüsü İslam Konfransı Gənclər Forumunun (İKGF) "Mədəniyyətlərarsı Dialoq üzrə" kordionatoru Leyla Əliyeva irəli sürüb. Xatırladaq ki, Xocalı faciəsinin soyqırım kimi tanınması və bununla bağlı həqiqətlərin İKT ölkələrində yayılması haqqında siyasi qərar İKGF-un təşəbbüsü və Azərbaycan XİN-in dəstəyi ilə İKT XİN-lərinin 35-ci sesiyasında (2008, iyun. Uqanda) və İKT ölkələrinin 11-ci zirvə görüşündə (2008, mart. Seneqal) qəbul edilən qətnamələrdə öz əksini tapıb. Bəkir NƏRİMANOĞLU express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar