SON XƏBƏRLƏR

İKT təhsil nazirlərinin konfransı başa çatdı

2021.10.20, 07:36
İKT təhsil nazirlərinin konfransı başa çatdı

Gunaz.tv
1223476204_misir.jpg Konfransın yekunu olaraq qətnamə qəbul edilib Oktyabrın 8-də Bakıda təşkil olunmuş islam ölkələrinin ali təhsil və elmi tədqiqat mərkəzinin IV konfransı öz işini başa çatdırıb. Konfransın sonuncu günü yekun qətnamə qəbul edilib. İSESKO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycri bildirib ki, sənəddə sessiyanın gedişində iştirakçılar tərəfindən səsləndirilən bütün irad və təkliflər əksini tapıb. Azərbaycanın təhsil naziri Misir Mərdanovun sözlərinə görə, konfransda qəbul edilən qətnamə islam ölkələrinin təhsil sahəsindəki əməkdaşlığının daha da genişlənməsinə zəmin yaradacaq. Tədbirdə qərara alınıb ki, İslam ölkələrinin ali təhsil və elmi tədqiqat mərkəzinin V konfransı Malaziyada keçirilsin. Qeyd edək ki, bu müddət ərzində sədrlik səlahiyyətini Azərbaycan həyata keçirəcək. Nazir bildirib ki, qarşıdakı 3 il müddətində Azərbaycan üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcək. Xatırladaq ki, İSESKO və İslam Konfransı Təşkilatının dəstəyi ilə keçirilən konfransda 41 ölkədən 200-ə qədər nümayəndə iştirak edib. 15 ölkə tədbirdə təhsil naziri səviyyəsində təmsil olunub. Təhsil naziri Misir Mərdanov konfrans çərçivəsindəki çıxışında tədbir iştirakçılarına Dağlıq Qarabağ və Xocalı faciəsi ilə bağlı məlumat verib. Tədbirdə çıxış edən İSESKO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycri, İKT baş katibinin müavini əl-Əkbər Saleh və digər natiqlər islam ölkələrindəki təhsil problemləri və onlardan çıxış yolları barədə danışıblar. ("OLAYLAR"İA)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar