SON XƏBƏRLƏR

Birləşdirici Rusiya . Makkeynlə Obama Kremlin siyasəti barədə eyni qənaətdədirlər

2021.10.20, 07:36
Birləşdirici Rusiya . Makkeynlə Obama Kremlin siyasəti barədə eyni qənaətdədirlər

Gunaz.tv
Birləşdirici Rusiya Makkeynlə Obama Kremlin siyasəti barədə eyni qənaətdədirlər ABŞ prezidentliyinə namizədlər Barak Obama və Con Makkeyn arasında ikinci debat olub. Demokrat namizəd Barak Obama və Respublikaçı Con Makkeyn bu dəfə əsasən iqtisadiyyatla bağlı məsələlər barədə danışıblar. "CNN Türk" televiziyasının məlumatına görə, Neşvilldəki Belmont Universitetində seçicilərin iştirakı ilə keçirilən müzakirədə əsas mövzu ABŞ-dakı iqtisadi böhran olub. Debat zamanı Barak Obama prezident seçiləcəyi halda vergilərin miqdarını azaldacağını bildirib. Obama eneryi, səhiyyə və təhsilə əhəmiyyət verəcəyini açıqlayarkən, Makkeyn də eneryi müstəqilliyinin qazanılması mövzusunun üzərində dayanıb. Maliyyə böhranı haqda danışan hər iki siyasətçi maliyyə naziri postuna əsas namizəd kimi milyarder Uorren Baffetin adını çəkiblər. Obama bildirib ki, orta təbəqənin xilasedici paketə ehtiyacı var. Bu da orta təbəqənin vergilərinin azaldılması, ev sahiblərinə evlərində qala bilmək üçün yardım deməkdir: "Bu o deməkdir ki, biz dövlətə və yerli hakimiyyət orqanlarına kömək edirik ki, yol və körpü layihələri həyata keçirsinlər, bu isə insanları iş yerində saxlamaq deməkdir". Makkeyn isə deyib ki, prezident seçilərsə, Maliyyə Nazirliyinə göstəriş verəcək ki, çətin vəziyyətdə olan mülkiyyətçilərə kömək edilsin: "Amerikanın prezidenti kimi mən maliyyə nazirinə deyərdim ki, ölkədəki bütün problemli kreditləri alsın və evlərin yeni - nisbətən aşağı qiymətləri barədə danışıqlar aparsın. Adamlara da imkan verilsin ki, həmin məbləğləri ödəsinlər və evlərində qalsınlar". Hər iki namizəd Pakistan, İran və Rusiya ilə bağlı xarici siyasətə də toxunub. Obama İran mövzusunda daha əvvəl söylədiklərinin arxasında dayanıb və əlavə edib ki, "yalnız dostlarımızla deyil, düşmənlərimizlə də danışa bilməliyik". Makkeyn isə Moskvanın gözünü Gürcüstandan sonra Ukraynaya tikə biləcəyini bildirib: "Onlar (ruslar) şər nümayiş etdirir. Biz anlamalıyıq ki, Rusiya bir zamanların Sovet İttifaqı olmasa da, onun millətçi impulsları çox təhlükəlidir". Obama debat aparıcısı Tom Brokounun "Vladimir Putin Rusiyası şər imperiyası adlandırıla bilərmi" sualına "Onlar Sovetlər Birliyi deyillər, lakin onlarda güclü millətçilik impulsları var" deyib. Makkeyn bu suala "Ola bilər" cavabı verib və əlavə edib ki, "hə" desə, soyuq müharibəni alovlandıra, "yox" söyləsə, Rusiyanın son hərəkətlərinə göz yummuş olar. Rusiyanın beynəlxalq davranış normalarını pozduğunu vurğulayan Makkeyn "O bilməlidir ki, belə hərəkətlər cəzasız qalmır" deyib. C.Makkeynin sözlərinə görə, gələcəkdə Amerika üçün təhlükə "bizim adını bilmədiyimiz və ya xəritədə tapa bilmədiyimiz ölkədən gələ bilər". Respublikaçı namizəd Ukrayna və Gürcüstandan söz açaraq hər iki ölkənin NATO üzvlüyünə dəstək verməyin zəruri olduğunu bildirib. Mövzunu davam etdirən Obama "keçmiş sovet satellitləri" Polşa, Estoniya, Latviya və Gürcüstana yalnız mənəvi kömək deyil, iqtisadi yardım göstərməyin vacib olduğunu söyləyib. B.Obama deyib ki, yeniləşən Rusiya növbəti prezidentin məşğul olacaqı məsələdir. "Biz eyni vaxtda Rusiyanın qonşularına - polyaklara, estonlara, latışlara iqtisadiyyatlarını dirçəltmək üçün kömək etməliyik. Gürcüstan ciddi iqtisadi təhlükə qarşısındadır" - deyə B.Obama bildirib. "Apreldə mən dedim ki, Gürcüstanda mürəkkəb vəziyyət yaranıb. Çünki rusiyalı sülhməramlılar orada yerləşir və bu, hadisələrin inkişafına gətirib çıxaran həmin gizli təhlükə oldu" - deyə o bildirib. B.Obama bildirib ki, 21-ci əsrdə təhlükələri qabaqcadan görmək lazımdır, onları arxa plana keçirmək lazım deyil: "Biz Əfqanıstanla məşğul olmaq əvəzinə İraqa daxil olarkən məhz buna yol verdik". Prezidentliyə hər iki namizəd energetikanın "Rusiya ilə münasibətlərdə əsas məsələ" olduğunu qeyd ediblər. "Ruslar anlamalıdırlar ki, onlar ABŞ-ın sərt prezidenti ilə işləməli olacaqlar" - deyə C.Makeyn bəyan edib. Ən qızğın müzakirə Pakistana dair olub. B.Obama bildirib ki, Üsama bin Ladenin Pakistan torpaqlarında yeri təyin olunduğu halda, rəsmi İslamabad onu zərərsizləşdirmək üçün hərəkətə keçməsə və ya bunu istəməsə, bin Ladenin öldürülməsi əmri veriləcək. Makkeyn isə rəqibini Pakistana hücum etmək niyyətində günahlandırıb. Namizədlər İraq mövzusunda bir-birlərini səhv qərar verməkdə ittiham ediblər. C.Makkeyn B.Obamanın qısa karyerasının milli təhlükəsizlikdə doğru qərarlar üçün kafi olmadığını vurğulayıb. "CNN" telekanalının sifarişi ilə keçirilən rəy sorğusuna görə, televiziya tamaşaçılarının 54 faizi Obamaya üstünlük verdiklərini bildiriblər. Seçicilərin ancaq 30 faizi debatlarda Makkeynin qalib gəldiyini bildirib. "CBS" telekanalının sorğusu da Obamanın üstün olduğunu göstərib. Tamaşaçıların 40 faizi Barak Obamanı, 26 faizi isə Makkeyni seçib. Daha 34 faiz debatın heç-heçə qurtardığını bildirib. Bu zaman respondentlərin böyük əksəriyyəti Makkeynin prezidentliyə daha hazırlıqlı olduğunu güman edir. Debata qədər belə düşünənlərin sayı 77 faiz, debatdan sonra isə 83 faiz olub. Saat yarım davam edən diskussiyanın gedişində 6 milyondan çox insan elektron poçt vasitəsilə sual göndərib. Azər NURİYEV kaspi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar