SON XƏBƏRLƏR

Astanadan "Qazprom"a rədd cavabı

2021.10.20, 07:36
Astanadan "Qazprom"a rədd cavabı

Gunaz.tv
Astanadan "Qazprom"a rədd cavabı qaz.jpg "Kazmunayqaz" ruslarla birgə şirkət yaradılmasına razılaşmayıb Qazaxıstanın "Kazmunayqaz" dövlət neft-qaz şirkəti "Manqistaumunayqaz" neft holdinqinin səhmlərinin 49 faizinin Rusiyanın "Qazprom neft" şirkətinə satılmasına razılaşmayıb. "Kazmunayqaz" "Qazprom"un törəməsi olan "Qazprom neft"lə birgə şirkət yaratmayacaq. Qazaxıstanın dövlət neft-qaz şirkəti qazax şirkətlərinə üstünlük verib. Əslində bu, rəsmi Astanının Rusiyanın təklifinə rədd cavabıdır. Ramiz Məsələ ondadır ki, hələ ki, "Manqistaumunayqaz"da "Kazmunayqaz"ın hər hansı payı yoxdur. Sadəcə, Qazaxıstanın dövlət neft-qaz şirkəti "Manqistaumunayqaz"da səhmlərin 51 faizini almağa qərar verib. Hələ bu ilin əvvəlində Qazaxıstanın baş naziri Kərim Məsimov keçirdiyi mətbuat konfransında deyib ki, mümkün qədər tez "Manqistaumunayqaz"ın səhmlərinin 51 faizini almaq lazımdır. Elə buna görə də "Qazprom neft" "Manqistaumunayqaz"la yox, birbaşa həmin holdinqi almağa çalışan "Kazmunayqaz"a müraciət edib. Bəllidir ki, Qazaxıstanda dövlətin razılıq vermədiyi belə bir sövdələşmə baş tuta bilməz və səhmlərini satmağa qərar vermiş "Manqistaumunayqaz"la birbaşa danışıqlar aparmaq da mənasızdır. Daha da konkretləşdirsək, əslində "Qazprom neft"in diliylə Moskva "Kazmunayqaz"a, əslində rəsmi Astanaya səhmləri almaq üçün müraciət edib və mənfi cavab alıb. Qeyd edək ki, "Manqistaumunayqaz"a səhmlərin 99 faizi İndoneziyanın Central Asia Petroleum şirkətinə məxsusdur. "Manqistaumunayqaz" 1995-ci ildə yaradılıb. Bu holdinqin ehtiyatları 180 milyon tondan çox olan 15 neft yatağında işləmək üçün lisenziyası, yanacaqdoldurma məntəqələri şəbəkəsi, ildə 7,5 milyon ton neft emal edən Pavlodar zavodu var. 2007-ci ildə "Manqistaumunayqaz"ın dəyəri 4,47 milyard dollar civarında qiymətləndirilib. "Qazprom neft" isə 2-2,5 milyard dollara "Manqistaumunayqaz"ın səhmlərinin 49 faizinə sahib olmaq və səhmlərin 51 faizini alacaq "Kazmunayqaz"la birgə şirkət yaratmağı nəzərdə tuturdu.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar