SON XƏBƏRLƏR

Makkeyn erməniləri əliboş qoydu . Respublikaçı namizəd "soyqırımı" ifadəsini işlətmədi

2021.10.20, 07:36
Makkeyn erməniləri əliboş qoydu . Respublikaçı namizəd "soyqırımı" ifadəsini işlətmədi

Gunaz.tv
Makkeyn erməniləri əliboş qoydu Respublikaçı namizəd "soyqırımı" ifadəsini işlətmədi analit.jpg ABŞ prezidentliyinə namizəd Con Makkeyn növbəti dəfə ermənilərin qondarma soyqırımına münasibət bildirib. Respublikaçı namizəd ölkənin erməni icmasına göndərdiyi məktubunda "soyqırım" sözünü dilə gətirməyib. "Panarmenian" informasiya agentliyinin məlumatına görə, Makkeyn məktubda qondarma erməni soyqırımına aşağıdakı kimi münasibət bildirib: "Ədalət naminə demək lazımdır ki, 20-ci əsrin ən qorxulu faciələrindən biri, Osmanlı İmperiyasında 1,5 mln erməninin qəddarcasına məhv edilməsi uzun müddət əhəmiyyət verilməyən hadisələrdən biridir. Erməni xalqının əzabları bəşəriyyət tarixində ən qanlı əsrin başlanğıcı olub. Biz bu faciəvi hadisələri tanımalıyıq və bizim dünyanın bundan sonra heç vaxt 20-ci əsrdə belə çox olan qanlı münaqişələrin təsirində qalmayacağına təminat verməliyik". Bununla yanaşı, erməni icmasına müraciət edən Makkeyn "soyqırım" sözünü bir dəfə də olsun işlətməyib. C.Makkeynin bu məktubu Amerikanın erməni icmasını əməlli-başlı qəzəbləndirib. Amerika Erməni Milli Komitəsinin icraçı direktoru Aram Ambaryan bildirib ki, onlar Makkeynin seçki kampaniyasında erməni məsələsinin qabarıq əks olunacağına ümid edirdilər: "Lakin onun göndərdiyi abstrakt məktubda ABŞ-ın erməni diasporunun əsas problemlərinə toxunulmayıb". Onun sözlərinə görə, ABŞ-ın erməni elektoratı erməniləri maraqlandıran məsələləri dəqiq ifadə edəcək bir şəxsin prezidentliyə namizəd olmasını istəyir: "Bu, soyqırımı məsələsi, Dağlıq Qarabağ və ABŞ-la Ermənistan arasında münasibətlərin möhkəmlənməsi məsələləridir". Xatırladaq ki, demokratların prezidentliyə naimzədi Barak Obama Makkeyndən fərqli düşünür. Qaradərili namizəd bu günlərdə verdiyi bəyanatında Amerikanın erməni icmasını müdafiə etdiyini və Türkiyəni ermənilərin qondarma soyqırımını tanımağa çağırıb. O, həmçinin qondarma soyqırımının tanınmasını nəzərdə tutan 106 saylı qətnamənin qəbulunun zəruri olduğunu vurğulayıb. Azər NURİYEV kaspi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar