SON XƏBƏRLƏR

Türkiyədə daha bir terror . 4 polis şəhid olub, 23 nəfər isə yaralanıb

2021.10.20, 07:36
Türkiyədə daha bir terror . 4 polis şəhid olub, 23 nəfər isə yaralanıb

Gunaz.tv
Türkiyədə daha bir terror 4 polis şəhid olub, 23 nəfər isə yaralanıb 14091008.jpg Türkiyənin Diyabəkir vilayətində terrorçuların hücumuna məruz qalan avtobusda ölənlərin sayı 5-ə çatlb. "CNN Türk"ün yaydığı məlumata görə, Diyarbəkir Əli Qaffar Okkan adına polis məktəbinin polis-müəllimlərini daşıyan avtobus Əziziyə məhəlləsindən keçərkən terrorçuların hücumuna məruz qalıb. Hücum nəticəsində avtobusun sürücüsü və 4 polis şəhid olub, 23 nəfər isə yaralanıb. Yaralılar Diyarbəkir vilayətinin müxtəlif xəstəxanalarına çatdırılıb. Bəzi yaralıların vəziyyəti ağırdır. Hücumun baş verdiyi ərazidə partlamamış qumbara tapılıb. Diyarbəkir valisi Hüseyn Avni Mutlu və polis rəisi Zeki Çatalkaya hadisə yerinə baxış keçirib və yaralıları ziyarət ediblər. Terrorçuların yaxalanması üçün ərazidə əməliyyatlar başlayıb və onların getməsi güman edilən bütün yollarda reydlər keçirilir. Bundan başqa xəbər mənbəyi polis ratsiyalarından, "Prokurorluqdan axtarış üçün izn alınıb. Evlərdə axtarış aparmaq üçün qərar var. Bütün əməkdaşlarımız evlərdə və şübhəli şəxslərin üstündə axtarış keçirə bilər!" anonsu verildiyini bildirib. İki polis helikopteri də əməliyyatlara havadan dəstək verir. Hücum vaxtı istifadə olunan qırmızı avtomobil axtarılır və artıq şübhəlilərdən ikisinin fotorobotu hazırlanıb. sherg

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar