SON XƏBƏRLƏR

TƏBRİZLİ FƏALA 40 ŞALLAQ ZƏRBƏSİ və 6 AY HƏBS CƏZASI VERİLİB

2021.10.20, 07:36
TƏBRİZLİ FƏALA 40 ŞALLAQ ZƏRBƏSİ və 6 AY HƏBS CƏZASI VERİLİB

Gunaz.tv
TƏBRİZLİ FƏALA 40 ŞALLAQ ZƏRBƏSİ və 6 AY HƏBS CƏZASI VERİLİB hojjat-tareverdian1.jpg Əbdülhöccət Tarıverdiyan Təbrizli milli fəal Əbdülhöccət Tarıverdiyan 40 şallaq zərbəsi və 6 ay həbs cəzasına məhkum edilib. «Media forum» saytının məlumatına görə, Təbriz bazarında zərgər işləyən 41 yaşlı fəal asayışi pozmaq, qanunsuz aksiya və toplantılarda iştirakda günahlandırılıb. Təbriz İnqilab Məhkəməsi müttəhimin əvvəllər hər hansı cinayət törətmədiyini nəzərə alaraq cəzanı iki il müddətinə şərti kəsib. Milli fəal iki ildə hər hansı qanunsuz toplantıya qatılsa, hökm dərhal icra olunacaq. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar