SON XƏBƏRLƏR

Rusiya qoşunları “bufer zonasını” tam tərk etdi

2021.10.20, 07:36
Rusiya qoşunları “bufer zonasını” tam tərk etdi

Gunaz.tv
Rusiya qoşunları “bufer zonasını” tam tərk etdi guz-rus-tam-terk.jpg Ordu hissələri Cənubi Osetiyada yerləşdirilib Rusiya öz qoşunlarını Gürcüstan ərazisində yaratdığı “bufer zonasından” tamamilə çıxarıb. Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstan daxili işlər naziri Şota Utiaşvili bildirib. Qeyd edək ki, razılaşmaya əsasən Rusiya qoşunları “bufer zonasını” oktyabrın 10-na kimi tərk etməliydi. Rusiya sülhməramlı qüvvələrinin komandanı Marat Kulahmedov bildirib ki, artıq cənub təhlükəsizlik zonasındakı altı postun hamısı bağlanılıb: “Beş postun şəxsi heyəti artıq Cənubi Osetiyadadır. Altıncı postdakı əsgərlər də Sxinvaliyə doğru irəliləyirlər”. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar