SON XƏBƏRLƏR

Erməninin sonrakı ağlı

2021.10.20, 07:36
Erməninin sonrakı ağlı

Gunaz.tv
Erməninin sonrakı ağlı ermenistan-futbol-federasiy.jpg Ermənistan Futbol Federasiyasının (FFA) təzə loqotipində ölkənin milli simvolu olan Ağrı Dağı yenidən əksini tapacaq. Lent.az-ın məlumatına görə, bu haqda FFA prezidenti Ruben Ayrapetyan “Novosti-Armeniya” agentliyinə müsahibəsində bildirib. R. Ayrapetyan sentyabrın 6-da Ermənistan və Türkiyə yığmaları arasında 2010-cu il dünya çempionatının seçmə qrup matçı öncəsi dəyişdirilmiş FFA-in loqosundan Ağrı dağının çıxarılmasının səhv addım olduğunu bildirib. O, bütün Ermənistan azarkeşləri və ictimaiyyətindən üzr istəyib: “Biz bilməzdik ki, yeni loqotipin təqdimatı bu qədər siyasi çalar alacaq və məsələ ətrafında belə səs-küy yaranacaq. Ağrı Dağının təsviri olmayan bu loqonun Türkiyə ilə oyunla heç bir əlaqəsi yox idi. Çünki hələ oyundan yeddi ay öncə müsabiqə elan etmişdik”. FFA prezidenti yaranmış vəziyyətdən çıxış yolu kimi daha bir loqotip üzərində işlədiklərini açıqlayıb. O, həmin loqoya Ağrı Dağının təsvirinin qaytarılacağını vurğulayıb. Qeyd edək ki, Ermənistan və Türkiyə yığma komandaları arasındakı oyun ərəfəsində təqdim edilən FFA-nın yeni loqosundan Ağrı dağının çıxarıldığı məlum olub. Bir sıra siyasətçilər bunu Türkiyə prezidenti Abdulla Gülün oyunu izləmək üçün İrəvana səfəri öncəsi Ermənistanın jesti kimi qiymətləndiriblər. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar