SON XƏBƏRLƏR

İranda daha 5 soydaşımıza hökm oxunub

2021.10.20, 07:36
İranda daha 5 soydaşımıza hökm oxunub

Gunaz.tv
İranda daha 5 soydaşımıza hökm oxunub Onların ikisi edam ediləcək İran hakimiyyətinin güneyli soydaşlarımıza qarşı kampaniya xarakteri daşıyan şovinist siyasəti davam etməkdədir. Belə ki, Urmiya İnqilab Məhkəməsi daha üç güneylini sürgünə göndərib, iki nəfər ələvi barəsində isə edam hökmü qüvvədə saxlanılıb. Urmiya Mərkəzi Həbsxanasında saxlanılan və 22 gündür aclıq aksiyası keçirən Əhli-Həqq təriqətindən olan 5 güneyli məhbusa hökm oxunub. Urmiya İnqilab Məhkəməsi məhuslardan Səhəndəli Məhəmmədi, Baxşəli Məhəmmədi və İbadulla Qasımzadəni 13 il müddətində ölkənin mərkəzi hissəsində yerləşən Yəzd həbsxanasına sürgünə göndərilməsi barədə qərar çıxarıb. Mehdi Qasımzadə və Yunis Ağayana qarşı çıxarılmış edam hökmü də qüvvədə saxlanılıb. Xatırladaq ki, Qoşaçay şəhərinin Üçtəpə kəndindən olan bu hərəkatçılar 4 il əvvəl hökumətlə əhli-həqq tərəfdarları arasıqda baş verən silahlı qarşıdurmada həbs ediliblər. olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar