SON XƏBƏRLƏR

Con Makkeyn: "Biz erməni xalqının faciəsini tanımalıyıq"

2021.10.20, 07:36
Con Makkeyn: "Biz erməni xalqının faciəsini tanımalıyıq"

Gunaz.tv
Con Makkeyn: "Biz erməni xalqının faciəsini tanımalıyıq" ABŞ prezidentliyinə namizəd Con Makkeyn ölkənin erməni icmasına məktub göndərib con_makkeyn_09.jpg ABŞ prezidentliyinə namizəd Con Makkeyn ölkənin erməni icmasına məktub göndərib. "Panarmenian" informasiya agentliyinin məlumatına görə, Makkeyn məktubda qondarma erməni soyqırımına toxunub: “Ədalət naminə demək lazımdır ki, 20-ci əsrin ən qorxulu faciələrindən biri, Osmanlı İmperiyasında 1,5 mln erməninin qəddarcasına məhv edilməsi uzun müddət əhəmiyyət verilməyən hadisələrdən biridir. Erməni xalqının əzabları bəşəriyyət tarixində ən qanlı əsrin başlanğıcı olub. Biz bu faciəvi hadisələri tanımalıyıq və bizim dünyanın bundan sonra heç vaxt 20-ci əsrdə belə çox olan qanlı münaqişələrin təsirində qalmayacağına təminat verməliyik”. Bununla yanaşı, erməni icmasına müraciət edən Makkeyn “soyqırım” sözünü bir dəfə də olsun işlətməyib./ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar