SON XƏBƏRLƏR

Vətəndən vətənə mühacirət . Azərbaycan yəhudiləri yaşamlarından razıdır

2021.10.20, 07:36
Vətəndən vətənə mühacirət . Azərbaycan yəhudiləri yaşamlarından razıdır

Gunaz.tv
Vətəndən vətənə mühacirət Azərbaycan yəhudiləri yaşamlarından razıdır Bu ilin əvvəlindən bəri Azərbaycanı 200 yəhudi tərk edərək İsrailə mühacirət edib. "Soxnut" Yəhudi Agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Qriqori Brodskinin dediyinə görə, ölkəmizdən İsrailə mühacirət sivil miqrasiya prosesi çərçivəsində gedir. "Son illərdə İsrailə köçən yəhudilərin sayında artım yoxdur. Azərbaycandan aliyə stabil səviyyədədir. Repatriantlar arasında tarixi vətənlərinə qayıdan yaşlılar, gənclər və yeniyetmələr. Azərbaycandakı yəhudilərin bəziləri İsrailə ailələri ilə birləşmək, gənclərin tam əksəriyyəti isə İsrailin yüsək səviyyələrini təsdiqləmiş ali təhsil müəssisələrində seçdikləri ixtisaslar üzrə oxumaq üçün gedirlər", - Q.Brodski deyib. Onun sözlərinə görə, Azərbaycanda tarixən antisemitizm olmayıb, ölkə yəhudilərə dost və qardaş münasibəti ilə seçilib. Buna görə də ölkədə yaşayan yəhudilərin ümumi sayının cəmi 0.7%-ni təşkil edən aliyə (İsrailə mühacirət edənlər, - H) Azərbaycandakı normal vəziyyət və sivil miqrasiya proseslərinə dəlalət edir. Bakıdakı "XABAD Or Avner" təhsil kompleksinin baş direktoru, Azərbaycanın baş aşkenaz rebesi, "Azərbaycan Yəhudiləri" dini icmasının rəhbəri, XABAD təmsilçisi Meir Bruk da İsrailə mühacirətə normal baxır: "Kimsə gedir, kimsə gəlir. Azərbaycan buradakı yəhudilərin ikinci vətənidir və biz tarixi vətənimiz qədər Azərbaycanı sevirik". Humay express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar