SON XƏBƏRLƏR

BÖYÜK BRİTANİYA İRANI YENİ SANKSİYALARLA HƏDƏLƏYİR

2021.10.20, 07:36
BÖYÜK BRİTANİYA İRANI YENİ SANKSİYALARLA HƏDƏLƏYİR

Gunaz.tv
BÖYÜK BRİTANİYA İRANI YENİ SANKSİYALARLA HƏDƏLƏYİR devidmilibend.jpg Devid Milibend Böyük Britaniyanın xarici işlər naziri Devid Milibend oktyabrın 7-də parlamentdə çıxış edərək Londonun İranın neft və qaz sənayesinə yeni sanksiyalar öhdəliyi götürdüyünü vurğulayıb, sanksiyaları genişləndirilməyə çalışacağını bildirib. «Media forum» saytının məlumatına görə, D.Milibənd deyib: «Baş nazir də İranın neft və qaz sənayesinə sanksiyalar qoymaq barədə öhdəlik götürüb. Bizim bu təşəbbüsümüz istər Avropa Birliyində, istər də beynəlxalq səviyyədə çox mühüm bir tədbir sayılacaq». Böyük Britaniya xarici işlər naziri nəzərdə tutulmuş sanksiyaların İranın maye qaz, neft və yanacaq maddələri ixracatı sektorlarına şamil olunacağını vurğulayıb. BMT Təhlükəsizlik Şurası bu günə qədər İrana qarşı sanksiyalar nəzərdə tutan 4 qətnamə qəbul etsə də, İran apardığı nüvə fəaliyyətinin dinc xarakter daşıdığını deyərək onu dayandırmayacağını bildirib. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar