SON XƏBƏRLƏR

Bakı nüvə reaktoruna hazırlaşır

2021.10.20, 07:36
Bakı nüvə reaktoruna hazırlaşır

Gunaz.tv
Bakı nüvə reaktoruna hazırlaşır reaktor-8okt.jpg Ölkə ərazisində nüvə reaktorunun tikintisinə hazırlıq gedir. Bu reaktorun yaradılması ilə bağlı olaraq hazırlıq işlərinə Beynəlxalq Nüvə Energetikası Agentliyi (BNEA) $270 min ayırmaq niyyətindədir. Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribovun dediyinə görə, nüvə reaktorunun yaradılması ilə bağlı layihə Nazirlər Kabineti tərəfindən qəbul olunub. İndi layihənin BNEA tərəfindən təsdiqlənməsi gözlənilir. "Əgər bütün tələblər yerinə yetirilərsə, BNEA-nın 2009-cu ilin yanvarında nüvə reaktoru ilə bağlı qərar qəbul edəcəyini gözləyirik. Daha sonrakı üç il ölkənin nüvə reaktoruna olan tələbatı və bu reaktorla bağlı imkanların, habelə təhlükəsizlik məsələlərinin araşdırılmasına sərf ediləcək", - A.Qəribov deyib. Həmin vaxt ərzində gələcək reaktorda çalışmaq üçün yerli kadrlar hazırlanacaq. Reaktorun tikintisinə başlamazdan əvvəl isə BNEA ilə birlikdə tərtib ediləcək hesabat Nazirlər Kabinetinə veriləcək. Azərbaycanda nüvə reaktorunun inşası 2011-ci il üçün nəzərdə tutulub. Dövlət büdcəsindən ayrılacaq vəsait hesabına inşa ediləcək və gücü təxminən 30-35 meqavatt olacaq reaktor 70 milyon manata başa gələcək. "Ekspress"in əldə etdiyi məlumatlara görə, reaktorun Xırdalan yaxınlıqlarında tikilməsi gözlənilir. Həsən AĞACAN express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar