SON XƏBƏRLƏR

“Azərbaycan doğma diyar” devizi altında II Respublika Azsaylı Xalqların İncəsənəti festivalı keçiriləcək

2021.10.20, 07:36
“Azərbaycan doğma diyar” devizi altında II Respublika Azsaylı Xalqların İncəsənəti festivalı keçiriləcək

Gunaz.tv
“Azərbaycan doğma diyar” devizi altında II Respublika Azsaylı Xalqların İncəsənəti festivalı keçiriləcək reqs_abshda.jpg “Azərbaycan doğma diyar” devizi altında II Respublika Azsaylı Xalqların İncəsənəti festivalı keçiriləcək Festivalın keçirilməsində əsas məqsəd Azərbaycanda yaşayan milli azlıq və etnik qrupların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsidir Mədəniyyət və Turizm Nazirliyi 8-9 oktyabr tarixlərində “Azərbaycan doğma diyar” devizi altında II Respublika Azsaylı Xalqların İncəsənəti festivalını keçirəcək. Nazirlikdən verilən məlumata görə, festivalın keçirilməsində əsas məqsəd Azərbaycanda yaşayan milli azlıq və etnik qrupların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi, habelə xalqlar arasında qarşılıqlı anlaşma və tarixi dostluq münasibətlərinin möhkəmləndirilməsidir. Bu münasibətlə respublikanın müxtəlif bölgələrindən - Lənkəran, Astara, Masallı, Balakən, Zaqatala, Qax, Şəki, Quba, Qusar, Saatlı, İsmayıllı, Dəvəçidən azsaylı xalqların bədii kollektivləri Bakıya ezam olunacaqlar. Oktyabrın 8-də saat 11.00-da Muzey Mərkəzində “Milli azlıqların mədəni irsinin qorunması” mövzusunda dəyirmi masa keçiriləcək. Saat 11.00-dan axşam saatlarınadək isə Musiqili Komediya teatrında bədii kollektivlərin çıxışlarına baxış keçiriləcək. Oktyabr ayının 9-da saat 19.00-da “Azərbaycan doğma diyar” II Respublika Azsaylı Xalqların İncəsənəti festivalı yekun konserti ilə başa çatacaq

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar