SON XƏBƏRLƏR

Oktyabrın 10-da MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək

2021.10.20, 07:36
Oktyabrın 10-da MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək

Gunaz.tv
Oktyabrın 10-da MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək meeting.jpg İclasın gündəliyinə Birliyin təhlükəsizliyinin və işinin optimallaşdırılmasının təmin edilməsinə yönəldilmiş iqtisadi və humanitar əməkdaşlığın perspektivlərini müəyyənləşdirən 19 məsələ daxildir! Oktyabrın 10-da Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək. İclasda Birliyin inkişaf perspektivləri müəyyənləşdiriləcək. MDB İcraiyyə Komitəsinin məlumatına görə, iclasın gündəliyinə Birliyin təhlükəsizliyinin və işinin optimallaşdırılmasının təmin edilməsinə yönəldilmiş iqtisadi və humanitar əməkdaşlığın perspektivlərini müəyyənləşdirən 19 məsələ daxildir. “2020-ci ilədək olan dövrdə MDB-nin iqtisadi inkişaf strategiyası layihəsi”, 2009-cu ildə MDB-nin üzvü olan dövlətlərin qarşılıqlı fəaliyyətinin sahəsi kimi energetika sahəsində əməkdaşlığın müəyyənləşdirilməsi məsələləri, “İnformasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əlaqələr konsepsiyası və onun 2008-2010-cu illərdə reallaşdırılması tədbirləri”, Böyük Vətən müharibəsində Qələbənin 65-ci ildönümünün qeyd edilməsinə dair əsas tədbirlər planı və digər məsələlər müzakirə ediləcək. Birliyin beynəlxalq təşkilat kimi möhkəmləndirilməsi məsələsinə baxmaq da planlaşdırılır. Dövlət başçıları 2009-cu ili Birlik çərçivəsində Gənclər ili elan etmək təşəbbüsünü də müzakirə edəcəklər. Oktyabrın 9-da Bişkekdə MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası keçiriləcək. İclasın gündəliyinə 26 məsələ, o cümlədən 2009-2011-ci illərdə qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində MDB ölkələrinin əməkdaşlığı Proqramı, təhlükəsizlik, terrorizmlə mübarizə ilə bağlı saziş layihələri daxildir. XİNŞ-in iclasında MDB dövlət başçılarının müzakirəsinə veriləcək sənədlərin layihələri də nəzərdən keçiriləcəkdir.ans

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar