SON XƏBƏRLƏR

İran Ermənistana qaz ixracına başlayır

2021.10.20, 07:36
İran Ermənistana qaz ixracına başlayır

Gunaz.tv
İran Ermənistana qaz ixracına başlayır Oktyabrın 13-dən İran Ermənistana qaz ixracına başlayır. Bu barədə İranın Milli Qaz Şirkətinin (NIGC) direktoru Rəsul Salmani bildirib. Bunun əvəzində isə Ermənistan İrana elektrik enerjisinin nəqlinə başlayacaq. "İran hər il Ermənistana 1,1 mlrd. kubmetr qaz ixrac etməyi planlaşdırır. 2009-cu ildə ixracat həcmi 2,3 mlrd. kubmetrə çatacaq. Əvəzində İran Ermənistandan 3,3 mlrd. kvt/s elektrik enerjisi alacaq" - deyə Rəsul Salmani bildirib. İranın 100 kilometrlik İran-Ermənistan qaz kəməri qolu Təbrizdən başlayır. İran növbəti iki ildə Ermənistanın qaza olan tələbatını ödəyəcək. Qaz kəmərinin İran hissəsində kəmərin ümumi dəyəri 28,2 milyon dollar təşkil edir. Qazın qiyməti haqda məlumat verilmir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar