SON XƏBƏRLƏR

İran hava məkanını ABŞ təyyarəsi pozmayıb

2021.10.20, 07:36
İran hava məkanını ABŞ təyyarəsi pozmayıb

Gunaz.tv
İran hava məkanını ABŞ təyyarəsi pozmayıb savashuchagi.jpg “FARS” agentliyi səhv məlumat yayıb! İran səmasında tutulan təyyarə hərbi təyyarə olmayıb və onun ümumiyyətlə ABŞ-a heç bir aidiyyatı yoxdur. Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran dövlət televiziyası məlumat yayıb. Dəqiqləşdirilmiş məlumata görə, hadisə hələ oktyabrın 5-də baş verib. Sərnişin təyyarəsi İran səmasına daxil olandan sonra qırıcı təyyarələr onu yerə enməyə məcbur ediblər. Təyyarədəki sərnişinlər 24 saat ərzində dindirildikdən sonra sərbəst buraxılıblar. Bu zaman təyyarənin hansı ölkəyə məxsus olduğu bildirilmir. Qeyd edək ki, bundan əvvəl “FARS” agentliyi ABŞ hərbi təyyarəsinin İran hava məkanını pozduğu və qırıcı təyyarələr tərəfindən endirildiyi barədə məlumat yaymışdı.lentaz

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar