SON XƏBƏRLƏR

Gürcüstan hadisələri, eləcə də Dağlıq Qarabağ problemi bu gün Moskvada müzakirə ediləcək

2021.10.20, 07:36
Gürcüstan hadisələri, eləcə də Dağlıq Qarabağ problemi bu gün Moskvada müzakirə ediləcək

Gunaz.tv
Gürcüstan hadisələri, eləcə də Dağlıq Qarabağ problemi bu gün(8 oktyabr) Moskvada müzakirə ediləcək goran_lenmarken1.jpg Gürcüstan hadisələri, eləcə də Dağlıq Qarabağ problemi bu gün Moskvada müzakirə ediləcək ATƏT Parlament Assambleyasının Gürcüstan üzrə xüsusi nümayəndəsi və Dağlıq Qarabağ problemi üzrə məruzəçisi Qoran Lenmarker Bakı, Tiflis və İrəvanı Qafqazda sabitliyin əldə olunmasına səy göstərməyə çağırıb ATƏT Parlament Assambleyasının Gürcüstan üzrə xüsusi nümayəndəsi, qurumun Dağlıq Qarabağ problemi üzrə məruzəçisi Qoran Lenmarker Moskvada səfərdidər. İTAR-TASS xəbər verir ki, bu gün o, Rusiyanın Dövlət Dumasında və Xarici İşlər nazirliyində bir sıra görüşlər keçirəcək. Əsas müzakirə mövzuları - Cənubi Osetiya və Abxuziyadakı vəziyyət, eləcə də Dağlıq Qarabağ problemi olacaq. Qeyd edək ki, bir qədər əvvəl ATƏT ölkələri parlament nümayəndələrinin Kanadanın Toronto şəhərində keçirilən konfransında Q.Lenmarker dünya ictimaiyyətini Gürcüstan və Cənubi Osetiyada etnik təmizləmələrə münasibət bildirməyə çağırmış və bu məqsədlə «Fəlakət komissiyası»nı yaratmaq təklifilə çıxış etmişdi. Komissiyanın əsas məqsədi - münaqişənin bütün həqiqətlərini müəyyənləşdirməkdir. Bununla yanaşı, ATƏT Parlament Assambleyasının xüsusi nümayəndəsi Ermənistan və Azərbaycanı, Gürcüstanla yanaşı Qafqazdakı münaqişələrdən çıxış yolunun axtarılıb-tapılması istiqamətində birgə səy göstərməyə çağırıb. «Bu bölgənin üç müstəqil dövləti - Azərbaycan, Ermənistan və Gürcüstan, maraqlı tərəflər kimi, ən əvvəl Qafqazdakı qaynar nöqtələrin aradan qaldırılmasına dair danışıqlar aparmalıdır», deyən Q.Lenmarker, Türkiyənin bu danışıqlarda iştirakını vacib sayıb. Moskvadan Qoran Lenmarker Tiflisə yola düşəcək. Gürcüstan paytaxtında onun parlament nümayəndələri, xarici işlər naziri, eləcə də prezident Mixail Saakaşvili ilə görüşləri gözlənilir. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar