SON XƏBƏRLƏR

MÜBARİZ ƏHMƏDOĞLUNUN FİKRİNCƏ, ERMƏNİSTAN SÜRƏTLƏ RUSİYADAN UZAQLAŞIR

2021.10.20, 07:36
MÜBARİZ ƏHMƏDOĞLUNUN FİKRİNCƏ, ERMƏNİSTAN SÜRƏTLƏ RUSİYADAN UZAQLAŞIR

Gunaz.tv
MÜBARİZ ƏHMƏDOĞLUNUN FİKRİNCƏ, ERMƏNİSTAN SÜRƏTLƏ RUSİYADAN UZAQLAŞIR th034703545.jpg «İranla bağlı planlarını həyata keçirmək üçün ABŞ-ın BMT Təhlükəsizlik Şurasında Rusiyanın köməyinə ehtiyacı var. Ona görə də ABŞ Gürcüstan məsələsində olmasa da, digər məsələlərdə Rusiya ilə əməkdaşlığa meyillidir» Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sentyabr ayının ümumi yekunlarına dair hesabatında belə deyilir, ABŞ-Rusiya münasibətlərində müəyyən yumşalma olduğu bildirir. Mübariz Əhmədoğlu Hesabatı təqdim edən SİTM rəhbəri Mübariz Əhmədoğlu Cənubi Qafqazdan danışarkən Ermənistanda cərəyan edən proseslərə xüsusi diqqət çəkib: «Ermənistan özünü mürəkkəb geosiyasi burulğana salıb. Bu ölkənin kifayət qədər resursu yoxdur. Yerevan başqa dövlətlərin köməyi və kimlərinsə maraqlarına zərbə vurmaqla bu vəziyyətdən çıxa bilər. Hazırda Ermənistanın sürətlə Rusiyadan uzaqlaşdığı, Qərbə doğru istiqamətləndiyi müşahidə olunur». Azərbaycana gəlincə, politoloq ötən ay rəsmi Bakının gərgin iş qrafiki ilə çalışdığını bildirib. M.Əhmədoğlu Gürcüstanda baş verən hadisələrdən də danışaraq deyib ki, Rusiya Gürcüstan ərazisindəki münaqişəli regionların tanısa da, beynəlxalq aləmdən dəstək almayıb: «Bu günədək Rusiya və Nikaraquadan başqa heç bir ölkə, hətta Rusiyanın ən yaxın müttəfiqləri də bu qurumların müstəqilliyini tanımayıblar. Bu, Rusiyanın baş naziri Vladimir Putini ciddi narahat edir». «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar