SON XƏBƏRLƏR

PKK-nın pullarını oğurlayan terrorçu bacı-qardaş güllələnib

2021.10.20, 07:36
PKK-nın pullarını oğurlayan terrorçu bacı-qardaş güllələnib

Gunaz.tv
PKK-nın pullarını oğurlayan terrorçu bacı-qardaş güllələnib 20081008142546_1.jpg "Yeni Şərq"in xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə, Türkiyə Silahlı Qüvvələrinin keçirdiyi əməliyyatlar nəticəsində böyük itkilər verən PKK terror təşkilatının daxilindəki gərginliklər artır. Son olaraq təşkilatın 350 min avrosunu oğurlayan üç nəfər arasında atışma baş verib. Belə ki, PKK-çılardan “Dilan” kod adlı Sevim A, onun qardaşı Rafiq A. və “Sərdar” kod adlı Fərhad E. İranda yaşayan kürdlərdən qeyri-qanuni yolla toplanan 350 min avronu oğurlayaraq qaçıblar. Əvvəlcə İranda gizlənən terrorçular daha sonra Türkiyəyə keçərək Hakkari vilayətinin Yüksəkova qəsəbəsinə gediblər. Orada üç terrorçu pulu bölə bilməyib və “Sərdar” kod adlı PKK-çı 350 min avronu götürüb qaçmaq istəyib. Ancaq digər iki terrorçu ona mane olub və atışma baş verib. Nəticədə “Sərdar” öldürülüb, “Dilan” isə yaralanıb. Bacısını yaralı vəziyyətdə qoyub qaçmaq istəməyən Rafiq A. onu da götürərək qəsəbədə gizlənməyə çalışıb. Qaçan terrorçuların izinə düşən PKK yetkililəri onların gizləndikləri yeri tapıblar. Daha sonra qardaş-bacı güllələnərək öldürülüb. "Yeni Şərq"

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar