SON XƏBƏRLƏR

QLOBAL BÖHRAN AVROPAYA ÇATDI . Qitənin 20-dən çox aparıcı bankı bata bilər, iqtisadiyyatı çökənlərin önündə Rusiya gedir

2021.10.20, 07:36
QLOBAL BÖHRAN AVROPAYA ÇATDI . Qitənin 20-dən çox aparıcı bankı bata bilər, iqtisadiyyatı çökənlərin önündə Rusiya gedir

Gunaz.tv
QLOBAL BÖHRAN AVROPAYA ÇATDI Qitənin 20-dən çox aparıcı bankı bata bilər, iqtisadiyyatı çökənlərin önündə Rusiya gedir Amerikada başlayan və qlobal xarakter alan iqtisadi böhran artıq Avropa qitəsinə sıçrayıb. Avropa Birliyi ölkələri təcili şəkildə iqtisadiyyatlarını batmaqdan xilas etmək üçün tədbirlər planını müzakirə etməyə başlayıblar. Lakin məlum olub ki, böhrandan xilas olmaq üçün ümumi mexanizm yoxdur, ona görə də hərə öz başının çarəsini qılmağa çalışır. Xəbər verildiyi kimi, Amerikada hökumətin böhranla üzləşən bankların borclarını qapatmaq üçün 700 milyard dollar ayrılmasını nəzərdə tutan planının qəbul edilməsinə baxmayaraq, birjalarda çökmə prosesinin qarşısını almaq mümkün olmayıb. Bu həftənin əvvəlindən etibarən, Amerika və Asiyanın fond birjalarında səhmlər sürətlə ucuzlaşmaqdadır. Rusiyanın fond bazarında isə tarixi boyu ən kəskin enmə müşahidə olunub. Bir gün ərzində Rusiya bazarında kapitallaşma 100 milyard dollardan da çox aşağı düşüb. Bir çox analitiklərə görə, artıq vəziyyəti xilas etmək mümkün deyil və dünyanı dibi görünməyən iqtisadi uçurum gözləyir. Qeyd edək ki, Avropanın da bir çox iri bankları batmaq təhlükəsi ilə üzləşib. Dünən Avropa Birliyinə üzv 27 ölkənin iqtisadiyyat və maliyyə nazirləri Lüksmburqda toplaşaraq böhrana qarşı birgə tədbirlər mexanizmini müzakirə etməyə başlayıblar. Bundan əvvəl isə Lüksemburqda avro zonasına daxil olan 15 ölkənin rəsmiləri görüşmüşdü. Müzakirələrin əsas ideyası böhranın qarşısını almaq üçün ümumi fond formalaşdırmaq barədədir. Fransa prezidenti Nikolya Sarkozi ABŞ təcrübəsindən çıxış edərək böhrana qarşı 400 milyard avroluq ümumi fond formalaşdırmağa çağırıb. Lakin bu təklif dəstək qazanmayıb, məlum olub ki, Avropa miqyasında bu cür iri maliyyə əməliyyatı həyata keçirməyin mexanizmi yoxdur. Ona görə də bir çox Avropa ölkələri yaranmış böhranda hər kəsin öz durumuna görə tədbirlər planı hazırlamasını məqbul hesab edirlər. Bildirilir ki, Avropa qitəsi İkinci Dünya Müharibəsinin başa çatmasından bu yana ən ağır iqtisadi böhran təhlükəsi ilə üz-üzədir. Məlum olub ki, Avropanın 20-dən çox aparıcı bankı müflis olmaq təhlükəsi qarşısındadır, yüzlərlə xırda bankı da belə aqibət gözləyir. Son məlumatlara görə, Avropa Birliyi nazirləri böhrana qarşı ümumi tədbirlər planı haqda razılığa gələ bilməyiblər. Dünya iqtisadiyyatının bu cür böhranla üzləşdiyi bir vaxtda iqtisadiyyatı çökən ölkələrin önündə hələ ki, Rusiya gedir. Xəbər verildiyi kimi, Rusiyada birjalar daha sürətlə çökür, səhmlər sürətlə ucuzlaşır. Hökumətin gördüyü tədbirlər isə kömək etmir. Dünən Rusiya birjalarında indekslərin kəskin aşağı düşməsi hərracların üç dəfə dayandırılmasına səbəb olub. Bir gün əvvəl ölkə birjalarında hərraclar az qala 20 faiz aşağı enib, bununla da Rusiyada 1997-ci ildəki defolt zamanı baş vermiş çöküş təkrarlanıb. İqtisadiyyatda böhran dərinləşir və rubl dəyərdən düşür. Ekspertlərə görə, qarşıda Rusiyanı malların və xidmətlərin sürətlə bahalaşması gözləyir. Fərhad Məmmədov musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar