SON XƏBƏRLƏR

BARAK OBAMA və CON MAKKEYNİN SON DEBATDA DEDİKLƏRİ

2021.10.20, 07:36
BARAK OBAMA və CON MAKKEYNİN SON DEBATDA DEDİKLƏRİ

Gunaz.tv
BARAK OBAMA və CON MAKKEYNİN SON DEBATDA DEDİKLƏRİ _45088045_handshake_getty466__1.jpg Dünən Tennesi ştatında növbəti teledebat keçirən ABŞ prezidentliyinə namizədlər - demokrat Barak Obama və respublikaçı Con Makkeyn daha çox Rusiyanı hədəf seçiblər. «Onlar (ruslar) şər nümayiş etdirir. Biz anlamalıyıq ki, Rusiya bir zamanların Sovet İttifaqı olmasa da, onun millətçi impulsları çox təhlükəlidir». Obama debat aparıcısı Tom Brokounun «Vladimir Putin Rusiyası şər imperiyası adlandırıla bilərmi» sualını belə cavablayıb. Makkeyn bu suala «Ola bilər» cavabı verib və əlavə edib ki, hə desə, soyuq müharibəni alovlandıra, yox söyləsə, Rusiyanın son hərəkətlərinə göz yummuş olar. Rusiyanın beynəlxalq davranış normalarını pozduğunu vurğulayan Makkeyn «O bilməlidir ki, belə hərəkətlər cəzasız qalmır» deyib. Respublikaçı namizəd Ukrayna və Gürcüstandan söz açaraq hərə iki ölkənin NATO üzvlüyünə dəstək verməyin zəruri olduğunu bildirib. Mövzunu davam etdirən Obama «keçmiş sovet satellitləri» Polşa, Estoniya, Latviya və Gürcüstana yalnız mənəvi kömək deyil, iqtisadi yardım göstərməyin vacib olduğunu söyləyib. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar