SON XƏBƏRLƏR

NATO GÜRCÜSTAN VƏ UKRAYNANI QORUMAQ ÜÇÜN HƏRBİ PLAN HAZIRLAYACAQ

2021.10.20, 07:36
NATO GÜRCÜSTAN VƏ UKRAYNANI QORUMAQ ÜÇÜN HƏRBİ PLAN HAZIRLAYACAQ

Gunaz.tv
NATO GÜRCÜSTAN VƏ UKRAYNANI QORUMAQ ÜÇÜN HƏRBİ PLAN HAZIRLAYACAQ Alyans qüvvələrinin komandanı general Ceyms Kraddok siyasi rəhbərliyə sorğu verib NATO qüvvələrinin baş komandanı general Ceyms Kraddok alyansın siyasi rəhbərliyini Gürcüstan və Ukraynanın Rusiyanın mümkün müdaxiləsindən qorumaq üçün hərbi plan hazırlanmasına sanksiya verməyə çağırıb. “The Daily Telegraph” qəzetinin yazdığına görə, general bildirib ki, alyans yeni üzvlərinin mümkün hərbi müdaxilədən qorunması üçün hazır plana malik olmalıdır. Kraddok deyib ki, NATO-ya üzv olmaq istəyən Ukrayna və Gürcüstan kimi ölkələr ərazi bütövlüklərinin və suverenliklərinin təminat altında olacağına əmin olmalıdır. Bildirilir ki, Kraddokun təklifinə artıq Almaniya və Fransa qarşı çıxıb. Bu ölkələr hesab edir ki, sözügedən addım alyansın Rusiya ilə münasibətlərini daha da kəskinləşdirə bilər. Lakin general Kraddokun təklifi ABŞ və Böyük Britaniyadan böyük dəstək görür. ABŞ hesab edir ki, alyans Gürcüstan və Ukraynaya üzvlük barədə plan təqdim etməlidir. Pentaqondan isə bildiriblər ki, müdafiə naziri Robert Geyts bu həftə Avropaya səfəri zamanı alyansın yeni üzvlərinin müdafiəsi planı ilə bağlı danışıqlar aparacaq, həmçinin NATO-nun Rusiyaya qarşı daha sərt davranmasında israr edəcək. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar