SON XƏBƏRLƏR

PREZİDENT İLHAM ƏLİYEV: «BİZ İSTƏNİLƏN MEYARA GÖRƏ BU BÖLGƏDƏ APARICI DÖVLƏTİK»

2021.10.20, 07:36
PREZİDENT İLHAM ƏLİYEV: «BİZ İSTƏNİLƏN MEYARA GÖRƏ BU BÖLGƏDƏ APARICI DÖVLƏTİK»

Gunaz.tv
PREZİDENT İLHAM ƏLİYEV: «BİZ İSTƏNİLƏN MEYARA GÖRƏ BU BÖLGƏDƏ APARICI DÖVLƏTİK» masalli_2008_7sentyabr-11.jpg «Biz özümüzü inkişaf etmiş ölkələrlə müqayisə etməliyik. Yəqin ki, bilirsiniz, mən dəfələrlə demişəm, Azərbaycan inkişaf etmiş ölkələrin sırasına daxil olmalıdır. «İnkişaf etmiş ölkələr» - bu, elə termindir ki, çox ölkəni əhatə etmir, çox məhdud sayda ölkə özünü belə hesab edə bilər. Amma bizim tam imkanımız var ki, o ölkələrin sıralarında olaq. Çünki çox güclü insan potensialımız var, intellektual potensialımız yüksəkdir». Bu sözləri prezident İlham Əliyev oktyabrın 7-də Masallı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib. Dövlət başçısı bildirib ki, Azərbaycanın çox güclü beynəlxalq mövqeləri var: «Ölkəmizin hörməti artır, təsiretmə imkanlarımız artır. Biz istənilən meyara görə bu bölgədə, sözün əsl mənasında, aparıcı dövlətik. Azərbaycan həm sosial, həm iqtisadi, həm də siyasi məsələlərin həlli işində müstəqil ölkə kimi uğurla çıxış edir. Əlbəttə, belə möhkəm iqtisadi zəmin əsasında biz insanları narahat edən bütün problemləri həll etməliyik». Həmin gün Biləsuvarda ictimaiyyət nümayəndələri ilə görüşərkən prezident onu da vurğulayıb ki, regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramının icrası demək olar ki, başa çatıb: «Beş il üçün nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapıb. Siz bunu Biləsuvar rayonunun timsalında görürsünüz. Nəinki burada, bütün başqa rayonlarda böyük inkişaf, böyük tərəqqi, böyük irəliləyiş var». «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar