İranda daha üç iaşə obyekti bağlandı
Urmiya komandası İran Voleybol Premyer Liqasında daha üç xal qazandı
Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb
Küveyt İran səfirini Xarici İşlər Nazirliyinə çağırdı
İranda daha 9 məhbus edam edildi
Ceyhun Bayramov Ankarada TDT XİN Şurasının iclasında iştirak edib
İran edam və repressiyaları dərhal dayandırmalıdır- Hollandiya
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb
Rəsmi Seul Hörmüz boğazına hərbi qüvvə göndərməklə bağlı ABŞ-la danışıqlar aparır
Ceyhun Bayramov Türkiyəyə səfər edib
Qəzvinli fəal həbs edildi
Türkiyədə Cümhuriyyət Günü qeyd olunur
Tramp İranla müharibəni çox qısa müddətdə başa çatdırmaq niyyətindədir
İran polisi daha bir bəlucu öldürdü
İran məhkəməsi daha bir bəhaiyə ağır həbs cəzası verdi
İsrail və ABŞ razılaşıb: İrana genişmiqyaslı hücum bərpa ediləcək
Türkiyədə ABŞ İran arasında görüş keçirilməsi təklif edilib
İran Əmək Nazirliyinin rəsmisi ilin sonunadək 1 milyon 400 min iş yerinin itirilməsi təhlükəsi barədə xəbərdarlıq edib
Əmirhüseyn Ağayi Təbrizdə həbs edilib
Güneyli fəal Mehrdad Qaderi Təbriz həbsxanasına köçürülüb
İranda illik inflyasiya 76,8 faizə çatıb: ərzaq məhsullarında kəskin bahalaşma
Küveyt İran səfirini çağırıb
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
ABŞ İsrailə daha çox “Patriot” hava hücumundan müdafiə sistemi göndərir
Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar, xaricdən gələcək hər bir təxribata cavab verməyə hazırıq
Iranda daha altı məhbus edam edilib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Sulduzlu sosial media fəalı müvəqqəti olaraq sərbəst buraxılıb
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
Ərdəbilli fəal həbs edilib
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
“Bakı ilə Ankara Gürcüstanı federallaşdırmaq üçün Tiflisə təzyiqləri gücləndirmək niyyətindədir”. Bu iddia ötən gün Rusiya mətbuatında yer alıb. “RBK Daily” agentliyinin bildirdiyinə görə, Türkiyə və Azərbaycan Gürcüstandan Acarıstan bölgəsinə real muxtariyyət statusunu qaytarmağı, Borçalı bölgəsində yaşayan azərbaycanlılara muxtariyyət statusunun verilməsini və Məshəti türklərinin Gürcüstana qayıdıb yerləşdirilməsini tələb etməyə hazırlaşır. Agentlik bu qənaətlə çıxış etmək üçün ötən şənbə günü Azərbaycandakı məlumatlı mənbələrdən alınmış informasiyaya istinad edir. Həmin mənbələr bildiriblər ki, Azərbaycanın Xarici İşlər Nazirliyi Gürcüstanda yaşayan azərbaycanlılara kütləvi şəkildə vətəndaşlıq verməyə hazırlaşır. Mənbənin iddiasına görə, pasportlaşma başa çatandan sonra Azərbaycan rəsmi Tiflisdən Borçalı bölgəsində yaşayan azərbaycanlılara muxtariyyət statusunun verilməsini tələb edəcək, əks halda bölgəyə qoşun yeridəcək. Türkiyə XİN-dəki anonim mənbə isə “Milliyet” qəzetinə bildirib ki, rəsmi Ankara Gürcüstanın ərazi bütövlüyünün saxlanmasının yeganə yolunu ölkənin federallaşmasında görür. Türk diplomatı bildirib ki, bu məqsədlə Ankara Tiflisdən Borçalıda yaşayan azərbaycanlılara muxtariyyət statusunun verilməsini tələb etməyə hazırlaşır, həmçinin Türkiyə güclü iqtisadi maraqlarının olduğu Acarıstan bölgəsinə də real muxtariyyət statusunun verilməsini istəyəcək. Digər tələb isə Məshəti türklərinin Gürcüstana qaytarılması və onlara xüsusi statusun verilməsidir. Bildirilir ki, Acarıstanın muxtariyyəti 2004-cü ildə Saakaşvili hakimiyyəti tərəfindən faktiki olaraq ləğv edilib, o vaxtdan Tiflis yerli əhalini gürcüləşdirmək siyasəti aparır və onları “müsəlman gürcülər” kimi qeydiyyatdan keçməyə məcbur edir. Məshəti türklərinin Gürcüstana qayıtması haqda qərar qəbul edilsə də bu proses müxtəlif səbəblərdən ləngiyir. Belə ki, geri qayıtmaq istəyənlərdən gürcü soyadını götürmək tələb olunur. “RBK Daily” bu məsələni rusiyalı ekspertlərin şərhləri ilə davam etdirərək bildirib ki, Ankara ilə Bakının “federallaşma planı” ilə bağlı hərbi gücə əl atması ağlabatan deyil. Çünki bu, Türkiyənin Avropa Birliyinə üzvlüyünə problem yaradar, Azərbaycan isə Qarabağ münaqişəsi ilə üz-üzədir. Moskva Dövlət Universitetinin postsovet məkanında ictimai-siyasi prosesləri öyrənmə mərkəzinin rəhbəri Aleksey Vlasov deyib ki, Türkiyə Acarıstan naminə özünün AB-yə üzvlük perspektivlərini şübhə altına almaq istəməzdi: “Belə görünür ki, Azərbaycan və Türkiyə mətbuatına bu cür məlumatlar sızdırmaqla Tiflisə təsir etmək üçün əllərində rıçaqlar olduğuna eyham vururlar”. Ekspert qeyd edib ki, Rusiyanın hərbi müdaxiləsinə qədər Ankara ilə Bakı Saakaşvili hakimiyyətini Gürcüstandan keçən enerji xətlərinin təminatçısı kimi görürdü, ancaq indi onlara aydın oldu ki, Tiflisin özünü qoruyan lazımdır. Qeyd olunur ki, Tiflisə təzyiq etmək üçün ərazi məsələsindən istifadə etmək ideyası ilə neçə vaxtdır Rusiyada fəaliyyət göstərən Dünya Azərbaycanlıları Konqresi də çıxış edir. Elə Rusiyanın Gürcüstana hərbi müdaxiləsinin davam etdiyi günlərdə də bu təşkilatdan Borçalı azərbaycanlıları üçün muxtariyyət statusunun tələb edilməsi haqda çağırışlar eşidildi. Bəzi müşahidəçilərə görə, sözügedən təşkilat bu cür ideyaları Rusiyanın xüsusi xidmət orqanlarının təlimatı əsasında ortaya atır. Rəsmi Bakı isə Gürcüstanda yaşayan azərbaycanlıların hüquqları haqda məsələni Tiflisin qarşısında heç vaxt ən azı açıq formada qaldırmayıb. Bu baxımdan Rusiya mətbuatında Azərbaycanın Borçalı əhalisinə kütləvi şəkildə pasport verəcəyi, ardınca isə bölgənin muxtariyyəti tələbini qoyacağı, bu da qəbul edilməsə, ora qoşun yeridəcəyi haqda yer alan iddialar kifayət qədər şübhəli görünür. Nəzərə almaq lazımdır ki, Rusiya kütləvi pasportlaşdırma taktikasından Cənubi Osetiyanı Gürcüstandan qoparmaq üçün istifadə edib. Belə çıxır ki, rəsmi Bakı, hətta Ankara da Moskvanın Gürcüstanı parçalamaq və əzmək planlarında iştirak etməyə hazırlaşır?! F.MƏMMƏDOV musavat
Küveyt İran səfirini Xarici İşlər Nazirliyinə çağırdı
İran edam və repressiyaları dərhal dayandırmalıdır- Hollandiya
Türkiyədə Cümhuriyyət Günü qeyd olunur
İran polisi daha bir bəlucu öldürdü
İsrail və ABŞ razılaşıb: İrana genişmiqyaslı hücum bərpa ediləcək
Türkiyədə ABŞ İran arasında görüş keçirilməsi təklif edilib
Iranda daha altı məhbus edam edilib
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Iranda daha altı məhbus edam edilib
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İran agentlərinin ABŞ ərazisində olması ehtimalı yüksəkdir- New York Times
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb