İranda daha üç iaşə obyekti bağlandı
Urmiya komandası İran Voleybol Premyer Liqasında daha üç xal qazandı
Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb
Küveyt İran səfirini Xarici İşlər Nazirliyinə çağırdı
İranda daha 9 məhbus edam edildi
Ceyhun Bayramov Ankarada TDT XİN Şurasının iclasında iştirak edib
İran edam və repressiyaları dərhal dayandırmalıdır- Hollandiya
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb
Rəsmi Seul Hörmüz boğazına hərbi qüvvə göndərməklə bağlı ABŞ-la danışıqlar aparır
Ceyhun Bayramov Türkiyəyə səfər edib
Qəzvinli fəal həbs edildi
Türkiyədə Cümhuriyyət Günü qeyd olunur
Tramp İranla müharibəni çox qısa müddətdə başa çatdırmaq niyyətindədir
İran polisi daha bir bəlucu öldürdü
İran məhkəməsi daha bir bəhaiyə ağır həbs cəzası verdi
İsrail və ABŞ razılaşıb: İrana genişmiqyaslı hücum bərpa ediləcək
Türkiyədə ABŞ İran arasında görüş keçirilməsi təklif edilib
İran Əmək Nazirliyinin rəsmisi ilin sonunadək 1 milyon 400 min iş yerinin itirilməsi təhlükəsi barədə xəbərdarlıq edib
Əmirhüseyn Ağayi Təbrizdə həbs edilib
Güneyli fəal Mehrdad Qaderi Təbriz həbsxanasına köçürülüb
İranda illik inflyasiya 76,8 faizə çatıb: ərzaq məhsullarında kəskin bahalaşma
Küveyt İran səfirini çağırıb
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
ABŞ İsrailə daha çox “Patriot” hava hücumundan müdafiə sistemi göndərir
Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar, xaricdən gələcək hər bir təxribata cavab verməyə hazırıq
Iranda daha altı məhbus edam edilib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Sulduzlu sosial media fəalı müvəqqəti olaraq sərbəst buraxılıb
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
Ərdəbilli fəal həbs edilib
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
ABŞ-ın əndişəli olduğu müşahidə edilir. Hər halda son vaxtlar Ağ Evin bəzi beynəlxalq problemlərə münasibətdə narahatlıq keçirməsi açıq-aşkar nəzərə çarpmağa başlayıb. Hətta müəyyən məqamlarda Ağ Evin çaşqınlıq içərisində olduğu da qətiyyən diqqətdən yayınmır. Xüsusilə də, beynəlxalq siyasət səhnəsində cərəyan edən proseslərin ABŞ üçün xoşagəlməz istiqamətlər alması nəticəsində Ağ Evin seytnot vəziyyətinə düşməsi inkaredilməz reallığa çevrilmiş kimi görünür. Bu baxımdan, Ağ Ev rəsmilərinin bir-birinin ardınca dünyanın müxtəlif regionlarında vurnuxmaq məcburiyyətində qalması o qədər də təəccüblü deyil. Onu da qeyd edək ki, Cənubi Qafqaz regionunda yaşanan hərbi-siyasi böhran ABŞ üçün şok effekti yaradıb. Belə ki, Ağ Ev Rusiyanın Gürcüstana qarşı hərbi müdaxiləsindən sonra hələ də özünə gələ bilməyib. Ən azından ona görə ki, Cənubi Qafqaz böhranı dünya düzənində artıq çox şeyin əvvəlki kimi olmayacağını sezdirməyə başlayıb. Ağ Evin keçirtdiyi əndişənin əsas səbəblərini də məhz bu önəmli məqamda axtarmaq lazımdır. Məsələ ondadır ki, ABŞ hadisələrin belə inkişaf istiqamətlərinə qətiyyən hazır deyil. Hər halda, Rusiyanın Gürcüstana qarşı hərbi müdaxiləsindən sonra baş verənlər Cənubi Qafqaz böhranının Ağ Evi hazırlıq yaxaladığını birmənalı şəkildə təsdiqlədi. Xüsusilə də, ABŞ-ın bu böhrana yönəlik reaksiyası belə düşünməyə tamamilə əsas verir. Ən azından ona görə ki, Cənubi Qafqaz böhranına ABŞ-ın verdiyi reaksiyasının keyfiyyəti dünya ictimaiyyətinə "çaşqın Ağ Ev" variantını müşahidə etmək imkanı verdi. Və məlum oldu ki, bu superdövlət heç də təsəvvür olknduğu səviyyədə hər şeyə qadir ölkə deyilmiş. Yəni, Cənubi Qafqaz böhranı ABŞ-ın İraq savaşından sonra korlanmış beynəlxalq imicini tamamilə iflasa uğratdı. Nəticədə, indi ABŞ öz milli maraqlarının xilas olunması variantlarını axtarıb tapmaq məsələsində aciz duruma düşmüş dövlət təsiri bağışlayır. Təbii ki, Ağ Evdə ABŞ-ın üzləşdiyi durumun həddindən artıq təhlükəli olduğunu artıq çox yaxşı anlayırlar. Ona görə də, bu superdövlətin siyasi rəhbərliyi ABŞ-ın gələcək taleyini xilas etmək məqsədilə bütün mümkün vasitələrdən yararlanmağa çalışır. Ən azından ona görə ki, Cənubi Qafqaz böhranının yaratdığı təhlükəli situasiya dəyişməzsə, onda, dünya hegemonluğuna can atan ABŞ-ın digər dövlətlərlə eyni səviyyəyə enəcəyi artıq heç kəsdə ciddi şübhə doğurmur. Bu səbəbdən də, Ağ Evin ABŞ-ın milli maraqları baxımından taleyüklü səviyyədə əhəmiyyət daşıyan regionlara diqqətini ciddi şəkildə artırması qətiyyən təəccüblü deyil. Maraqlıdır ki, hazırda Ağ Ev ABŞ-ın MDB məkanındakı milli maraqlarını təminat altına almağa can atır. Halbuki son proseslərdən sonra bu, o qədər də asan məsələyə oxşamır. Çünki indi MDB məkanında şəriksiz dominantlıq imkanları Rusiyanın ixtiyarına keçib. Yəni, bu məkanda Kremlin maraqlarına problem yarada biləcək hər hansı addımın atılmasının mümkünlüyü o qədər də inandırıcı görünmür. Buna əmin olmaq üçün Ağ Ev rəsmilərinin Orta Asiya regionu uğrunda apardığı mübarizənin keyfiyyətinə ötəri nəzər yetirmək də tamamilə yetərlidir. Məsələ ondadır ki, Ağ Ev Orta Asiya regionunda lider dövlət sayılan Qazaxıstanı ABŞ-ın tərəfinə çəkmək məqsədilə ciddi səylər göstərməyə başlayıb. ABŞ-ın dövlət katibi Kondaliza Raysın Qazaxıstana son səfəri də bu məqsədlər baxımından böyük əhəmiyyət daşıyırdı. Ona görə də, bu səfərin üzdə görünən nəticələri mövcud situasiyanın keyfiyyəti ilə bağlı müəyyən təsəvvürlərin yaranmasına imkan verir. Onu da qeyd edək ki, K.Raysın Astana səfəri ABŞ-Rusiya qarşıdurmasının dərinləşməkdə davam etdiyini növbəti dəfə açıq-aşkar biruzə verib. Belə ki, xanım Rays ABŞ-ın adından çıxış edərək Rusiyanın ünvanına müəyyən sərt açıqlamalar səsləndirib. Belə ki, K.Rays Rusiyanın Orta Asiyada heç bir xüsusi imtiyaza malik olmadığını vurğulayıb. Bununla kifayətlənməyən xanım Rays Orta Asiyanın ən nəhəng dövləti olan Qazaxıstanın Rusiyanın təsir dairəsində olmasının qeyri-mümkünlüyünü də qabartsmağa çalışıb: "Qazaxıstan müstəqil dövlətdir və bu ölkənin hansı dövlətlə dostluq etməsi rəsmi Astananın müəyyənləşdirməli olduğu məsələdir". Göründüyü kimi, Ağ Ev ABŞ-ın Qazaxıstanla xüsusi münasibətlər qurmaqda maraqlı olduğunu qətiyyən gizlətmir. Əslində, rəsmi Astana üçün də belə münasibətlər cazibədar görünə bilərdi. Sadəcə, beynəlxalq siyasət səhnəsində baş verən son olaylar bu cazibədarlığı bir qədər arxa plana keçirtməkdədir. Elə rəsmi Astananın xanım Raysın açıqlamalarına verdiyi reaksiya da bunu müəyyən mənada, təsdiqləyir. Belə ki, rəsmi Astana Qazaxıstanın neftlə zəngin dövlət olduğunu vurğulamaqla yanaşı, onunla strateji münasibətlər qurub inkişaf etdirməyə maraq göstərən bütün dövlətlərlə dostluq və əməkdaşlıq əlaqələrinə müsbət yanaşdığına eyham vurub. Bu isə, K.Raysın Rusiyaya qarşı sərt açıqlamalarının rəsmi Astanada gözlənilən effekti yaratmadığını sezdirir. Məsələ ondadır ki, rəsmi Astananın reaksiyası Qazaxıstanın ABŞ və Qərbə yönəlik siyasəti prioritetə çevirməyə hələ hazır olmadığını sezdirir. Belə ki, rəsmi Astana yalnız ABŞ-la deyil, Rusiya ilə də yaxın münasibətlərdə maraqlı olduğuna eyham vurub. Hətta bu eyhamlarda rəsmi Astananın Rusiyaya daha çox önəm verdiyi də sezilməmiş deyil. Əslində, rəsmi Astananın bu mövqeyində qeyri-adi nəsə axtarmaq yersizdir. Ən azından ona görə ki, hər hansı dövlət öz xarici siyasət kursunun əsas prioritetlərini müəyyənləşdirərkən ilk növbədə özünün milli təhlükəsizlik maraqlarının qayğısına qalmaq məcburiyyətindədir. Bu baxımdan, rəsmi Astana Rusiya ilə münasibətlərin korlanmasına yol aça biləcək hər hansı addımın atılmasının nə qədər təhlükəli davranış olduğunu anlamamış deyil. Ən azından ona görə ki, ABŞ və Qərbin Qazaxıstana təhlükəsizlik təminatı verməsindən danışmaq tamamilə yersizdir. Əslində, indiki situasiyada ABŞ və Qərbin belə imkanlarının olması da ciddi şübhələr doğurmaqdadır. Hər halda Gürcüstanın son aqibəti çoxları üçün yaxşı dərs olub. Çünki rəsmi Tiflis Gürcüstanı ABŞ-ın Cənubi Qafqaz regionundakı forpostuna çevirmişdi. Ancaq Gürcüstanın bir dövlət kimi mövcudluğu ciddi təhlükə qarşısında qalarkən ABŞ özünün forpostunu xilas etməkdə acizlik göstərdi. Bu isə digər MDB dövlətləri üçün örnək rolunu oynayır. Göründüyü kimi, MDB məkanında ABŞ-ın sərt açıqlamalarına uyaraq Rusiyanı qıcıqlandıra biləcək mövqe tutacaq hər hansı dövlətin tapılması qeyri-mümkündür. Ən azından ona görə ki, ABŞ-ın milli maraqları naminə hansısa dövlətin özünü təhlükəyə atmağa həvəs göstərəcəyinə inanmaq çox çətindir. Bu baxımdan, Qazaxıstanın da maksimum səviyyədə ehtiyatlı davranması tamamilə başadüşüləndir. Elçin XALİDBƏYLİ sherg
Küveyt İran səfirini Xarici İşlər Nazirliyinə çağırdı
İran edam və repressiyaları dərhal dayandırmalıdır- Hollandiya
Türkiyədə Cümhuriyyət Günü qeyd olunur
İran polisi daha bir bəlucu öldürdü
İsrail və ABŞ razılaşıb: İrana genişmiqyaslı hücum bərpa ediləcək
Türkiyədə ABŞ İran arasında görüş keçirilməsi təklif edilib
Iranda daha altı məhbus edam edilib
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Iranda daha altı məhbus edam edilib
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İran agentlərinin ABŞ ərazisində olması ehtimalı yüksəkdir- New York Times
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb