SON XƏBƏRLƏR

Xocalı faciəsi ilə bağlı məlumatlar_İKT ölkələrinin ali təhsil ocaqlarının dərsliklərinə salınacaq

2021.10.20, 07:36
Xocalı faciəsi ilə bağlı məlumatlar_İKT ölkələrinin ali təhsil ocaqlarının dərsliklərinə salınacaq

Gunaz.tv
Xocalı faciəsi ilə bağlı məlumatlar İKT ölkələrinin ali təhsil ocaqlarının dərsliklərinə salınacaq Ermənilərin azərbaycanlılara qarşı Xocalı soyqırımı haqqında məlumat İKT ölkələrinin ali təhsil məktəblərinin dərsliklərinə salınsalıdır. Belə bir təkliflə İslam Konfransı Təşkilatı Gənclər Forumunun baş katibi Elşad İsgəndərov çıxış edib.("OLAYLAR"İA) Təşkilatın təhsil nazirlərinin Bakıda keçirilən 4-cü konfransında çıxış edən baş katib İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası dialoq üzrə koordinatoru Leyla Əliyevanın "Xocalıya ədalət" beynəlxalq kampaniyası haqqında məlumat verib. Elşad İsgəndərov bu kampaniyanın üzv ölkələrdə 2009-2012-ci illirdə prioritet şəkildə həyata keçirilməsinin vacibliyini bildirib. Qeyd edək ki, adı çəkilən kampaniya dünyanın müxtəlif ölkələrində Xocalı faciəsi ilə bağlı real faktların foto və film sərgiləri, internet, beynəlxalq konfranslar və nümayişlər, o cümlədən aparıcı beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərin keçirilməsi vasitəsilə yayılmasını nəzərdə tutub. olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar