SON XƏBƏRLƏR

“SPİD”in DƏRMANI 3-4 İLƏ TAPILACAQ

2021.10.20, 07:36
“SPİD”in DƏRMANI 3-4 İLƏ TAPILACAQ

Gunaz.tv
“SPİD”in DƏRMANI 3-4 İLƏ TAPILACAQ Nobel mükafatı alan virusoloq Lük Montanye tezliklə QİÇS-ə qalib gələcəklərini bildirib 1265.jpg QİÇS (SPİD) virusunu kəşf edən fransız alimi Lük Montanye xəstəliyin dərmanının yaxın 3-4 il ərzində tapılacağını bildirir. lent.az-ın “Daily Mail” qəzetinə istinadən verdiyi məlumata görə, fransız alimi bunun üçün tədqiqatların maliyyə cəhətdən təmin edilməli olduğunu vurğulayıb. Qeyd edək ki, Montanye oktyabrın 6-da tibb sahəsində Nobel mükafatına layiq görülüb. O, “20-ci əsrin bəlası”nın müalicəsinin mümkün olduğunu vurğulayır: “Müalicə xəstəliyi qabaqlayıcı dərmanlar vasitəsilə deyil, terapevtik vaksina (yoluxan insanda xəstəliyin qarşısının alınması) vasitəsilə həyata keçiriləcək” . Qeyd edək ki, QİÇS virusunun axtarışına naməlum xəstəliyin tez bir zamanda yayıldığı və milyonlarla insanın ölümünə gətirib çıxara biləcəyi məlum olandan sonra başlanılıb. Lük Montanye 1983-cü ildə Parisdəki Paster institutunun virusoloqu Fransuaza Barre-Sinussi ilə bir yerdə QİÇS-ə səbəb olan virusu tapıblar. Onların kəşfi virusun düşdüyü hüceyrəni necə məhv etdiyini müəyyən etməyə kömək edib. Nəticədə QİÇS-in diaqnostikasının yeni üsulları tapılıb və bu da xəstəliyin yayılmasının sürətinin qarşısını alıb. Xəbər xidməti musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar