SON XƏBƏRLƏR

QADIN HÜQUQ MÜDAFİƏÇİSİ HƏBS EDİLİB

2021.10.20, 07:36
QADIN HÜQUQ MÜDAFİƏÇİSİ HƏBS EDİLİB

Gunaz.tv
QADIN HÜQUQ MÜDAFİƏÇİSİ HƏBS EDİLİB neginsheyxulislami.jpg İranda qadın hüquq müdafiəçisi Negin Şeyxülislami həbs edilib. «Media forum» saytının məlumatına görə, N.Şeyxülislamini ETTELAAT əməkdaşları oktyabrın 5-də Tehranda tutublar. Şeyxülislaminin ailə üzvləri onun harda saxlandığından xəbərsiz və narahat olduqlarını bildiriblər. Bəzi mənbələr N.Şeyxülislaminin hazırda Tehranın Evin zindanının 209-cu korpusunda saxlandığını xəbər verir. «Media forum» ---------------------------------------------------------------------- 2009-cu ildə MDB ölkələrinin əməkdaşlıq üzrə aparıcı sahəsi enerji ola bilər Bakı. Laçın Sultanova - APA. 2009-cu ildə Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında əməkdaşlıq üzrə aparıcı sahə kimi enerji sahəsi seçilə bilər. APA-nın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Andrey Nesterenko MDB Xarici İşlər Nazirləri Şurasının oktyabrın 9-də Bişkekdə keçiriləcək yığıncağının gündəliyi barədə danışarkən deyib. 2007-ci ildə əməkdaşlığın aparıcı sahəsinin miqrasiya, 2008-ci ildə isə nəqliyyat olduğunu xatırladan diplomat bildirib ki, Qazaxıstan və Qırğızıstan 2099-cu ilin əsas əməkdaşlıq sahəsinin enerji olmasını istəyirlər və bu təşəbbüslə çıxış ediblər. A. Nesterenko nazirlərin toplantısında 20-dən artıq məsələnin müzakirə olunacağını da söyləyib. Xatırladaq ki, bu iclasda Gürcüstanın MDB-dən çıxmaq barədə müraciətinə də baxılacaq. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar