SON XƏBƏRLƏR

Ermənistanın PKK Terror Təşkilatı ilə Əlaqələri

2021.10.20, 07:36
Ermənistanın PKK Terror Təşkilatı ilə Əlaqələri

Gunaz.tv
Ermənistanın PKK Terror Təşkilatı ilə Əlaqələri Ermənistanın PKK Terror Təşkilatı ilə Əlaqələri Türkiyə Prezidenti Abdullah Gülün Ermənistan səfəri öncəsində və səfərdən sonrakı mərhələdə Türkiyə-Ermənistan münasibətlərində yaxşılaşma təmin edilmək istəndiyi üçün, digər bir sıra vacib məqamlarla yanaşı Ermənistanın PKK terror təşkilatına dəstəyini də unutdurulmağa çalışılırdı. Ancaq, Sentyabr ayında İranda və Ermənistanda baş verən baş verən bəzi hadisələr məsələnin yeniden gündəmə gəlməsinə səbəb oldu. Türkiyə mətbuatının Sentyabrın 11-də və 12-də yaydığı məlumatlarda, terror təşkilatının Ermənistandakı maliyyə məsulu olan “Yılmaz” kod adlı Murad Yücel ilə sevgilisi olduğu ifadə olunan “Mizgin” kod adlı qadının cəsədləri Ermənistan-İran sərhəddinin İran tərəfindəki bir kənddə çobanlar tərəfindən tapıldığı qeyd olunurdu. Murad Yücel və sevgilisinin “onlara veriln təşkilata aid böyük miqdarda pulla qaçarkən, sərhəddə tutulduqları” müəyyənləşdirilmişdi. Murad Yücel və “Mizgin” kod adlı qadının, daha öncə terror təşkilatının ”Karqo Süleyman” kod adlı məsulunun “evlənmək məqsədi ilə terror təşkilatının pulundan istifadə etdikləri' şəklindəki tənqidlərinə məruz qaldıqları, ancaq bu tənqidlərdən nəticə çəxarmadıqları üçün “Karqo Süleyman”ın emriylə başları kəsilərək öldürüldüyü bildirildi. Digər tərəfdən terror təşkilatının İran məsullarından olan “Ararat” kod adlı Məhəmməd Aslan ilə “Fərhad” kod adlı Camal Poladın Urmiye bölgəsindəki kəndlərdən “vergi” adı altında yığdıqları təxminən 200 milyon Tümən (300 min ABŞ Dolları) məbləğindəki pulla qaçdıqları, ancaq bir müddət sonra digər terrorçular tərəfindən tapılaraq məhv edildikləri də ortaya çıxdı. Salmas bölgəsində də ikisi evləndikləri üçün, altısı isə digər səbəblərdən olmaqla 8 terrorçunun terror təşkilatının özü tərəfindən məhv edildiyi müəyyən olunmuşdu. Bütün bunlar bir tərəfdən Türkiyə İraqın şimalında keçirdiyi uğurlu hərbi əməliyyatlardan sonra PKK-nın düşdüyü çətin vəziyyətin və daxili idarəetmədəki problemlerinin göstəricisi olmaqla yanaşı, həm də bu terror təşkilatının iki qonşu ölkə İran və Ermənistan daxilindəki imkanlarının da nümayişi idi. Əslində bu vəziyyət Ermənistanın PKK ilə münasibətlərinin tarixini bilənlər üçün sürpriz də sayılmırdı. Çünkü Ermənistan PKK terror təşkilatl ilə geniş bağlarla baölıdır. Əvvəla, aydın məsələdir ki, Ermənistanın bu terror təşkilatı ilə münasibətləri strateji xarakter daşıyır. Türkiyə ilə münasibətlərdəki taktiki addımlar Ermənistanın digər strateji maraqlarının əleyhinə yönəlmədiyi kimi, bu məsələdə də PKK-Ermənistan münasibətlərini ortadan qaldıra bilməz. Xaricdəki, Erməni lobbisiylə, xüsusilə də Daşnaklarla PKK-ya yaxın qrupların Türkiyə əleyhdarlığı və digər bəzi istiqamətlər üzrə qurulan tarixi əlaqələri (bu əlaqələrin tarixçəsi Ermənistanın yeni müstəqillik tarixçəsindən daha keçmişə dayanır) bu günkü Ermənistan-PKK münasibətlərinin vacib xəttlərindən biridir. Erməni lobbisinin Ermənistan üzərindəki təsirləri davam etdikcə, Ermənistan öz strateji maraqlarını dəyişsə belə (ki, bu zəif ehtimaldır) bu ölkədə PKK-nın varlığı və qarşılıqlı yardımlaşma davam edəcəkdir. Vacib istiqamətlərdən biri də, PKK-nın varlığında maraqlı olan bəzi böyük xarici dövlətlərin və dövlət olmayan qlobal güclərin mövqeyidir. Vaxtilə Livanda, daha sonra Suriyada PKK-nın varlığına və güclənməsinə şərait yaradılmasının tək səbəbkarı aydındır ki, sadəcə bu ölkələr özləri deyildi. Yuxarıda qeyd olunan böyük maraqlı qüvvələr, qlobal və regional mübarizədə PKK-nı himayəsinə alan dövlətin (Livan və daha sonra Suriyanın) bu rolunu da qiymətləndirirdilər. PKK uzun müddət təhlükəsiz yer kimi İraqın şimalından istifadə etdi. Ancaq Türkiyə 2007-ci ilin sonlarında və 2008-ci ilin əvvəllərində bu ərazidə uğurlu hərbi əməliyyatlar apardıqdan sonra, terror təşkilatının liderləri sığınmaq üçün daha əlverişli yerlər axtarmağa məcbur olmuşdular. Həmin prosesdə terrorçuların liderləri əsasən İran və Ermənistana (eyni zamanda bu ölkənin işğal altında saxladığı Azərbaycan ərazilərinə) sığınmışdı. Bu fakt, Türk Ordusunun rəhbərliyi tərəfindən də ümumi şəkildə ifadə olunmuşdu. Şübhəsiz ki, burda ənənəvi müttəfiqlik faktoru da öz rolunu oynamışdı. Ancaq bu fakt, həm də Ermənistanın beynəlxalq miqyasda PKK-nın yeni hamisi rolunu oynamaq (eyni zamanda T ilə münasibətlərdə əlavə təsir vasitəsinə sahib olmaq) istəyi ilə bağlı idi. Məhz bu səbəbdən PKK-nın maliyyə dayaqlarının ən çox zərbə aldığı dövrdə xaricdəki Erməni lobbisindən və Ermənistandan bu terror təşkilatına əlavə yardımlar gəlmişdi. Göründüyü kimi, Türkiyə-Ermənistan münasibətlərində yaxşılaşma arzularına və atılan addımlara baxmayaraq, Ermənistan öz strategiyasına uyğun olaraq PKK terror təşkilatı ilə əlaqələrini gücləndirməyə davam edir. Bu isə PKK-nın tam məhv edilmə planlarına ciddi səviyyədə mane olur. (www.Araztm.org)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar