İranda qatar biletlərinin də qiyməti artdı
İranın etnik qrupları güc balansını dəyişə bilər – RƏY
ABŞ İran milli komandasının məsullarına viza vermədi
İranda manat bahalaşdı
Küveyt İranın hücumlarını suverenliyin pozulması kimi qiymətləndirib
“Rosneft” rəhbəri: İran müharibəsindən ən çox ABŞ neft şirkətləri faydalanır
ABŞ Küveytə 1,98 milyard dollarlıq antidron sistemlərinin satışını təsdiqləyib
İranda məişət texnikasının qiyməti yenidən artdı
Bəhreyn İranın Bəhreyn və Küveytə raket hücumlarını qınayıb
Elyar 27 günlük hüquqi mübarizədən sonra doğum haqqında şəhadətnamə ala bilib
ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçməsinə kömək edib
Azərbaycanlı vəkilə qarşı yeni ittiham irəli sürülüb
İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb
KİV: Uitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər
Tramp: İran raket arsenalının təxminən 22 faizini qoruyub saxlayıb
“Fitch”: Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı ildə 93 mlrd. dollara çatacaq
İran, Rusiya və Çin nümayəndələri Qrossi ilə görüşüb
Tramp: ABŞ yaxın vaxtlarda İranla müharibəni saziş və ya sərt üsullarla başa çatdıracaq
ABŞ İranın hərbi hədəflərinə zərbələr endirib
Təbrizdə qadın məhbus edam edilib
ABŞ İranın Bəhreyn və Küveytə atdığı raketləri zərərsizləşdirib
Livan prezidenti İranın müdaxiləsinə sərt reaksiya verdi
ABŞ İranın maye qaz satış şəbəkəsinə qarşı yeni sanksiyalar tətbiq etdi
ABŞ İran milli futbol komandasının oyunçularına viza verdi
Ukrayna pilotsuzu Rumıniyada partladı; NATO narahatdır
Azərbaycan metan emissiyalarının azaldılması üçün geniş proqram həyata keçirir
Millət vəkilləri nazirin impiçmentini tələb edirlər
İran məhkəməsi daha bir etirazçı barədə ölüm hökmü çıxardı
Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Baraka hücumundan sonra nüvə riskləri barədə xəbərdarlıq edib
XİN "İsrail ordusunun Azərbaycanda yerləşdirilməsinə" münasibət bildirdi
Məhəbbət şairi Müşfiqin doğum günüdür
Keçmiş baş nazir xəstəxanaya köçürülüb
Rumıniyanın Konstansa limanında PUA partlayıb
XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub
Urmiya vilayətində yerləşən Quluncu kəndinin bələdiyyəsi kəndin tarixi türkcə yer adlarını bərpa edib
Maku sakini Naci Şərifi Zindəşti ilə Maku Azad Ticarət Zonasının baş direktoru arasında baş tutan görüşü ifşa etdiyinə görə saxlanılıb
Türkiyə ordusu “İHA-230” hipersəs ballistik raketlərinin ilk partiyasını təhvil alıb
Araz Əmani Nadarli Təbriz Mərkəzi Həbsxanasına köçürülüb
ABŞ blokadasından sonra İraqın Ümm Qəsr limanı İran üçün yeni tranzit mərkəzinə çevrilib
İran parlamenti sədrinin müavini Bab əl-Məndəb boğazını bağlamaqla hədələyib
İranda xidmət idxalı rekord həddə çatıb, mal idxalı isə kəskin azalıb
İsrail müsadirə etdiyi silahları İran kürdlərinə ötürüb - Media
ABŞ blokadasından sonra İranın neft ixracı kəskin azalıb
Ş. , Okt. 4, 2008 "MƏN ÖZ XALQIMA HƏLƏ ÇOX BORCLUYAM..." Məqalə görkəmli alim, pedaqoq, ensiklopedist, erudit, akademik Azad Mirzəcanzadənin 80 illik yubileyinə həsr olunur Eldar ŞAHBAZOV, ARDNŞ-nin birinci vitse-prezidentinin müşaviri, texnika elmləri doktoru, professor, Ukrayna Neft və Qaz Akademiyasının həqiqi üzvü XX əsrin ikinci yarısı - XXI əsrin əvvəlində Azərbaycan elmində və xüsusilə neft sənayesində Azad Mirzəcanzadənin misilsiz xidmətləri olmuşdur. Bu dahi şəxsiyyət problemləri görüb-duyma, hədəfləri müəyyənləşdirmə, hadisələrin fiziki mahiyyətini dərk edib qavrama, proseslərin təhlili və onları riyazi üsullarla izah etmə, ən mürəkkəb fikirləri sadə dildə adi insan düşüncəsinə yaxın tərzdə şərh etmə, proseslərin fiziki mahiyyətini atom və molekul səviyyəsində araşdırma, qlobal düşüncə və problemlərin lokal həlli baxımından geniş elmi əhatə spektrinə malik olan bir insan idi. Fitri istedada malik olan A.Mirzəcanzadə 23 yaşında namizədlik, 29 yaşında isə doktorluq dissertasiyalarını müvəffəqiyyətlə müdafiə etmiş, 34 yaşında Az.SSR EA-nın müxbir üzvü, 40 yaşında həqiqi üzvü seçilmişdir. Akademik Mirzəcanzadə Beynəlxalq Şərq Neft Akademiyasının prezidenti, 3 dəfə Qubkin mükafatı laureatı, 2 dəfə Azərbaycan Dövlət və SSRİ Nazirlər Sovetinin mükafatlarının laureatı, Ukrayna Neft və Qaz Akademiyası və Rusiya Təbiət Elmlər Akademiyasının həqiqi üzvü, Başqırdıstan Elmlər Akademiyasının fəxri üzvü, SSRİ əməkdar elm və texnika xadimi, SSRİ qaz sənayesinin və Bolqarıstanın fəxri neftçisi, "İstiqlal", "Oktyabr inqilabı", "Qırmızı əmək bayrağı" ordenləri, P.L.Kapitsa adına qızıl medal kavaleri, elm və texnika sahəsində misilsiz xidmətlərinə görə hökumət və dövlət tərəfindən təltif olunmuşdur. Akademik Mirzəcanzadənin həyat fəaliyyətini və elmi irsini öyrənərkən hələ 6 yaşında olarkən bacısının ona saatlarla oxuduğu kitabı gizlətdikdən sonra bütün kitabı əzbər söyləməsi, 10 illik orta məktəbi 6 ilə bitirməsi, 15 yaşında olarkən orta məktəbdə dərs deməsi onun möcüzə səviyyəsində istedada malik olmasına bir sübutdur. Akademik Mirzəcanzadənin yaddaşlara həkk olunmuş bir sıra fikirləri, zənnimcə, daim yaşayacaq: "Mənim arzum özümdən sonra məndən çox bilən, öz işini sevən peşəkarlar yetişdirməkdən ibarətdir". Hərdən düşünürsən və müqayisə xarakterli düşüncələrdə başa düşürsən ki, Azad Mirzəcanzadənin gərgin yaradıcılıq dövrü yaşadığı 78 ilə neçə alim ömrü sığarmış. Zaman və hadisələri dərketmə baxımından "Mirzəcanzadə meyarı" var. O, güclü və böyük tezliklə informasiya qəbuletmə zəkasına və informasiyanı ani surətdə emal edib yeni keyfiyyətlərlə, elmi yeniliklərlə, ideyalar "sel"inə çevirmə qabiliyyətinə malik idi. Xarakter cəhətdən mürəkkəb, kəskin, çılğın bu dahi insan eyni zamanda böyük pedaqoq idi. Hətta onu sevənlər arasında belə bir rəvayət də dolaşardı: "Azad müəllimə yaxın düşərsən, yandırar, uzaq düşərsən, dondurar". O, istənilən proseslərdə və insan münasibətlərində "simmetriya" deyilən meyara söykənərdi. Etik normalara riayət etməsi, münasibətlərdə "sən" və "siz" müraciətlərinə özünəməxsus yanaşması akademikin yüksək mənəvi dəyərlərə malik olmasından xəbər verir, sadə və yaxud mürəkkəb fikri söyləyəndə sonda həmsöhbətindən soruşardı: "Deyə bildim?" Budur etik norma. Xüsusilə insan münasibətlərinin formalaşmasında onun özünəməxsus ölçüsü var idi. Ürəyi yumşaq və obyektiv olan Azad müəllim fəlakətə düşmüş insanların əlindən tutma qabiliyyətinə malik idi və fəlakətdən onun köməyi ilə xilas olan insanların gələcək davranışına ciddi nəzarət edərdi. Dəyərlərə bu da bir orijinal yanaşma idi... Konkret, məntiqi və sistemli qaydada düşünən insanlarla təmasda olmağı sevərdi. Azad müəllimə verilmiş bu fitri istedad onun təkrarolunmaz elmi məktəbinin yaradılmasında özünü büruzə verir. Azad müəllimə hərdən sual verilirdi: "300-dən çox elmlər namizədi və 120 elmlər doktorunun hazırlanması bir rəhbər üçün nə qədər realdır?" Onun cavabı isə belə olardı: "Mənim yüzlərlə ideyalarım olmuşdur ki, həmin ideyalar həm geologiya, həm qazma, həm neft və qaz hasilatı, nəqli və s. elmi sahələrinin əsaslarının formalaşmasına xidmət etmişdir. Beləliklə, bir ideya bir neçə istiqamətin elmi bünövrəsini təşkil edərsə, onda burada qeyri-adi bir şey yoxdur". Hələ 1949-cu ildə Azad müəllim namizədlik dissertasiyasını müdafiə edərkən müdafiənin ab-havasının çox gərgin keçməsini tez-tez yada salardı. Müdafiədə görkəmli alim, akademik Yesman iştirak edirdi. Müdafiə prosesi 7 saat davam etdi. Yesman çıxış edərkən mövzu üzrə elmi müddəaların və nəticələrin qeyri-korrekt olduğunu söylədi. Bu zaman Azad müəllim öz müddəaları ilə əlaqədar dərin və hərtərəfli fikrini söyləyəndən sonra akademik Yesmanın öz sözlərini geri götürməyi faktı, şübhəsiz ki, hamıda Azad Mirzəcanzadənin zəkasına heyrət yaratdı. Müdafiədə iştirak edən akademik İlyuşin isə belə bir fikir söylədi: "Bu müdafiədən mən daha çox bəhrələndim, nəinki müdafiə edən". Lay sularında Mendeleyev cədvəlində olan kimyəvi elementlərin əksəriyyətinin olması faktı və lay sularının elementlər üzrə analizi və sintezi nəticəsində atqısız texnologiyanın elmi əsası hələ o illərdə akademik Mirzəcanzadə tərəfindən qoyulmuşdur. O, neft və qaz çıxarma prosesinin səmərəliliyini yüksəltmək üçün yeni texnologiyalar təklif etmişdir. Bu texnologiyaların əsasını, texnoloji proseslərdə sistemin qeyri-tarazlıq dərəcəsini müəyyən etmiş, qiymətləndirmiş və əsaslandırmışdır ki, belə sistemlərdə daxili öz-özünü qurma xarici mühitlə qarşılıqlı təsirdən daha tez baş verir. O, apardığı tədqiqatlarda axının yenidən qurulmasının daha dərin təsviri üçün təkamül relaksasiyaedici mühitlər modelinin tətbiqini təklif etmişdir. Akademik Mirzəcanzadə qaz-maye sistemlərində özlü-elastik mayenin süzülməsi zamanı bir sıra yeni və maraqlı hadisələr, təzyiqlə işlənmədə neftlərin geoloji xüsusiyyətlərinin dəyişməsi, maqnitləşdirilmiş suyun süzülməsi zamanı gillərin şişməsinin aradan qaldırılması, bu və ya digər fiziki təbiətli qeyri-tarazlığın təzahürü ilə izah etmişdir. O, ilk dəfə olaraq neft və qazçıxarmada qeyri-tarazlıqlı proseslərlə yanaşı baş verən hadisələrin tempini də nəzərə almış, neftin sıxışdırılması və suyun vurulması tempinin laylara xarici təsirinin nəticəsini müəyyən etmişdir. Akademik Mirzəcanzadə neftli və qazlı laylara təsir templərindən əlavə, baxılan neft və qaz yataqlarının yaddaşı olan sistem kimi qəbul edilməsinin elmi əsaslarını işləmişdir. Akademik Mirzəcanzadə əksər elmi əsərlərinin əsasında riyazi ehtimal və statistika üsullarından istifadə etmişdir. Mahiyyət etibarı ilə neft və qaz sənayesində layda baş verən hadisələrdən tutmuş neftin və qazın nəqlinədək bütün mürəkkəb proseslər ehtimali xarakter daşıyır. Böyük statistik informasiya tələbi araya gəldiyindən, stoxastik tədqiqat üsulları müəllif tərəfindən məqsədə nail olmaq üçün vasitə kimi istifadə edilmiş və keyfiyyətcə yeni elmi nəticələr əldə olunmuşdur. Azad Mirzəcanzadənin ideyalarında problemlərin texniki və iqtisadi tərəflərindən başqa fəlsəfi cəhəti də düşünülür və yeni-yeni axtarışların aparılmasına zəmin yaradırdı. Onun prosesin dərinliyi ilə dəqiqliyi arasında mütənasiblik ideyası buna bariz nümunədir. O deyərdi: "İstənilən fiziki prosesin dərinliyini dərk etmək üçün bu prosesə mümkün qədər dəqiq yanaşma olmalıdır". Onun təklif etdiyi empirik düstur vasitəsilə dəqiqlik artdıqca prosesdə baş verən tsiklin böyüməsi bir sıra texnologiyaların işlənməsində istifadə olunmuşdur. Onun təklifi ilə "Pareto prinsipi", "evolyusiya" xarakterli modelləri, korrelyasiya və dispersiya təhlilli üsullardan istifadə etməklə, neft və qaz yataqlarının işlənməsində əsas xarakteristikaların qiymətləndirilməsi və proqnozunda həm respublika, həm də ondan kənarda geniş elmi tətbiqini tapmışdır. Akademikin neft və qaz yataqlarının işlənməsində orijinal yanaşmaları olmuşdur. Onlardan birini qeyd etmək yerinə düşərdi. Layların neftvermə əmsalı aşağı düşürsə, layda baş verən prosesi amplitud və tezliyi baxımından təhlil etmək lazımdır, əgər prosesdə tədqiq olunan parametrin amplitudu minimum, tezliyi isə maksimumdursa, bunu şərti olaraq "qoca" lay adlandırırdı. Əksinə, amplitudu maksimum, tezliyi isə minimum olan layları isə "cavan" lay adlandırırdı. Akademik Mirzəcanzadənin son tədqiqatları uzun müddət istismarda olan sulaşmış və kiçik debitli quyularla əlaqədardır. Qeyd etmək lazımdır ki, qurudakı yataqlardan bir ton neft hasil edilən zaman, onunla birgə 13 ton su hasil olunur. Belə quyular quyu fondunun 35%-ni təşkil edir. Onların neftvermə əmsalının yüksəldilməsi və bununla yanaşı enerji sərfinin minimuma endirilməsi və bununla sinergetik effekt verə bilən ekoloji təmiz texnologiyalar maraq doğururdu. Bu səpkidə problemin həllində Azad müəllim italyan alimi Fibonaççinin üsulundan istifadə edib azdebitli köhnə quyulara qoyulan vəsait üçün məsrəflə gəlir arasında "qızıl kəsik" ideyasını irəli sürmüş və bu üsulu bir neçə yataq üçün tətbiq etmişdir. Akademik Mirzəcanzadə Qərbi Sibirdə, Tümen vilayətində, Tatarıstanda, Almaniyada, Başqırdıstanda, Əlcəzairdə, Vyetnamda və Çin Respublikasında geniş elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Onun çoxsaylı elmi fəaliyyətində bir orijinallıq duyulur. Hələ keçmiş SSRİ dövründə qeyri-nyuton mayeləri, layların fizikası və neftvermə əmsalının yüksəldilməsinə dair bütün beynəlxalq simpozium və konfranslara rəhbərlik edər və burada alınan elmi nəticələr ümumiləşdirilərək tədris proqramlarında və elmi-tədqiqat institutlarının planlarında əsas mövzular kimi özünə layiqli yer tapardı. Azad müəllimin suveren Azərbaycanın Dövlət Attestasiya Komitəsinin sədri kimi böyük xidməti olmuşdur. O, Komitənin əsasnaməsinin, elmi müdafiə şuralarının günün tələbinə uyğun formalaşması, dissertasiyaların keyfiyyətinin artırılması işində özünəməxsus qətiyyətlə çalışmış, saxtakarlıq və proteksionizmə qarşı amansız mübarizə aparmışdır. Məhz o zaman elmi dərəcələr üçün "Mirzəcanzadə plankası" adında meyar yaratmışdır. Akademik deyərdi: "Bu plankanı aşağı salmaq olmaz, çünki indiki cavan alimlər XXI əsrdə yaşayıb yaradacaqlar". Akademik Mirzəcanzadə ilk dəfə olaraq Azərbaycan neft-qaz sənayesində 2006-2010-cu illər üçün elmi tədqiqatların konsepsiyasını işləmiş və təqdim etmişdir. Konsepsiya 4 proqramdan ibarətdir. Bunlar elmi tədqiqat işlərinin aparılması, neft mədənlərində işlənmələrin tətbiqinin davam etməsi, işlənmənin təhlili və dərində yerləşən qeyri-nyuton neft yataqlarının işlənməsinin başa çatdırılması üçün təkliflərin hazırlanması və sinergetik yanaşmalar əsasında işlənmə proseslərinin idarə edilməsidir. Bu konsepsiya çərçivəsində neftvermə əmsalının yüksəldilməsinə yönəldilmiş bu gün ən mütərəqqi texnologiyalardan biri də nanotexnologiyadır. Kiçik məsrəflərlə xeyli neft artımını təmin edən bu texnologiya son altı ayda ARDNŞ-nin AzNEFT İstehsalat Birliyində fəaliyyətdə olan quyularda geniş tətbiq edilmişdir. Belə ki, birliyin Qum adası, Suraxanıneft, Abşeronneft və digər idarələrində aparılmış nanotexnologiyanın tətbiqi nəticəsində xeyli əlavə neft alınmışdır. Yeri gəlmişkən, nanotexnologiyanın sinergetik xüsusiyyətə malik olmasını qeyd etmək lazımdır. Belə ki, burada mayenin quyuda deemulsasiya prosesini fəallaşdırır, bu isə eyni zamanda neftvermə əmsalını artırır, quyunun sulaşmasının miqdarını faiz etibarilə azaldır və yekunda enerji sərfinə qənaət etməyə imkan yaradır. Akademik Mirzəcanzadə neft-qaz yataqlarının başlanğıc və cari vəziyyətini, habelə gələcəkdə neft-qaz kondensatlı layların verimini maksimal artırmaq məsələsini nəzərə almaqla işlənməsinin nəzəriyyə və təcrübəsinə çox böyük yeniliklər gətirmişdir. Akademik Mirzəcanzadənin neftçıxarmada qeyri-nyuton neftlərindən geniş istifadə edilməsində böyük xidmətləri olmuşdur. Qeyri-nyuton neftlərin neftçıxarmada tətbiqinə görə 1975-ci ildə akademik Mirzəcanzadə akademik İ.M.Qubkin adına mükafata layiq görülmüşdür. İlk dəfə olaraq akademik Mirzəcanzadə tərəfindən bir çox neftlərdə özlüplastik xüsusiyyətlərin mövcudluğu müəyyən edilmiş və bu neftlərin nəzəri və təcrübi əsasları qoyulmuşdur. Bu işlərin nəticələrindən Azərbaycanda və Rusiyada (Komi) hazırda geniş istifadə olunur. Son illərdə akademik Mirzəcanzadə neftqazçıxarma proseslərinin optimallaşdırılması məsələləri üzərində çalışmışdır. Akademik Mirzəcanzadə çoxsaylı monoqrafiya, dərslik və dərs vəsaitlərinin, elmi məqalələrin, ixtiraların müəllifidir. O, Azərbaycan dilində ilk dəfə "Neft və qaz yataqlarının işlənməsi və istismarı" (2 cilddə) dərsliyi, "İxtisasa giriş" dərs vəsaiti, Azərbaycan və rus dillərində "Neft-mədən işində rəqsi hərəkətin nəzəriyyəsi" və MDU-da buraxılmış "Fiziki proseslərin mexanikası" dərs vəsaitləri, "Özlü-plastik mayelərin qeyri-stasionar hərəkəti" (MDU, 1977) və s. yüzlərlə kitab və monoqrafiyaların müəllifidir. Son dövrlərdə o, şagirdləri ilə birgə neftqazçıxarmada nanotexnologiyanın işlənməsi üzərində çalışırdı. Elmi və pedaqoji fəaliyyəti dövründə akademik Mirzəcanzadə yüzlərlə mütəxəssis və elmi işçi hazırlamışdır ki, onlar da respublika daxilində və digər ölkələrdə - Rusiyada, Ukraynada, Hindistanda, Vyetnamda, Əfqanıstanda, Almaniyada və s. müvəffəqiyyətlə işləyirlər. Son 10 ildə Azad Mirzəcanzadə "Azərbaycan neft təsərrüfatı" jurnalına başçılıq etmişdir və onun səyi nəticəsində jurnal beynəlxalq status almışdır. Jurnalın səhifələrində ilk dəfə olaraq neft işində taleyüklü əhəmiyyət kəsb edən, Azərbaycanın, MDB ölkələrinin, Şimal dənizi, İngiltərənin, ABŞ-ın, Vyetnamın cənub şelfi yataqlarında sınaqdan keçirilmiş işlərin nəticələri dərc edilmişdir. Respublika qaz sənayesinin inkişaf konsepsiyası müzakirə olunmuş, qazın resursları, hasilat səviyyəsinin intensivləşdirilməsi və sabitləşdirilməsi, qazla doymuş neftlər tədqiq edilmişdir. Azad Xəlil oğlunun rəhbərliyi ilə AzNMAŞİ-də, Geologiya İnstitutunda, Geofizika İnstitutunda, AzNQSDETLİ-də və s. səyyar oxucu konfranslarının keçirilməsi, neft ixtisası üzrə təhsil problemlərinə həsr olunmuş məqalələr böyük rezonansa səbəb olmuşdur. Jurnal baş redaktorun rəhbərliyi ilə "Neftqazyataq" Beynəlxalq elmi-praktik konfransın keçirilməsində fəal iştirak etmiş, Bakı - Tbilisi - Ceyhan kəmərinin Səngəçal terminalından reportajlar vermişdir... 2006-cı il iyulun 17-də əziz Azad müəllimimiz həmişəlik gözlərini yumdu, əbədiyyətə qovuşdu. Lakin onun elmi və pedaqoji irsi, fundamental əsərləri və elmi məktəbi daim yaşayacaq. Görkəmli elm və texnika xadimi, nəinki Azərbaycan elminin, hətta dünya elminin inkişafında misilsiz xidmətləri olan akademik Azad Mirzəcanzadənin xatirəsini əbədiləşdirmək və elmi-pedaqoji irsinin gələcək nəslə örnək olaraq ötürülməsini təmin etmək məqsədilə dövlət və hökumətimiz onun adına muzeyin təşkil olunması, Bakı küçələrindən birinə, gəmilərdən birinə onun adının verilməsi istiqamətinə bir sıra tədbirlər görmüşdür. Eyni zamanda sadalanan tədbirlərin həyata keçirilməsi üçün təşkilat komitəsi yaradılmış, akademik Mirzəcanzadənin əsərlərindən ibarət külliyatın hazırlanıb nəşr edilməsi haqda müvafiq təşəbbüslər irəli sürülmüşdür. Respublikada və ölkədən çox-çox kənarlarda akademik Mirzəcanzadənin məktəbi yaşayır və inkişaf edir. Biz Azadsevərlər daim onun xatirəsini əziz tutub, yaşadacağıq. dak
İranın etnik qrupları güc balansını dəyişə bilər – RƏY
ABŞ Küveytə 1,98 milyard dollarlıq antidron sistemlərinin satışını təsdiqləyib
Bəhreyn İranın Bəhreyn və Küveytə raket hücumlarını qınayıb
İran, Rusiya və Çin nümayəndələri Qrossi ilə görüşüb
Təbrizdə qadın məhbus edam edilib
ABŞ İranın maye qaz satış şəbəkəsinə qarşı yeni sanksiyalar tətbiq etdi
Ukrayna pilotsuzu Rumıniyada partladı; NATO narahatdır
Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Baraka hücumundan sonra nüvə riskləri barədə xəbərdarlıq edib
Məhəbbət şairi Müşfiqin doğum günüdür
Urmiya vilayətində yerləşən Quluncu kəndinin bələdiyyəsi kəndin tarixi türkcə yer adlarını bərpa edib
Türkiyə ordusu “İHA-230” hipersəs ballistik raketlərinin ilk partiyasını təhvil alıb
ABŞ blokadasından sonra İraqın Ümm Qəsr limanı İran üçün yeni tranzit mərkəzinə çevrilib
İranda xidmət idxalı rekord həddə çatıb, mal idxalı isə kəskin azalıb
İsrail müsadirə etdiyi silahları İran kürdlərinə ötürüb - Media
İran qonşularına hücumdan təbliğat kimi istifadə edir- Bin-Taleblu
İranda siqaret çəkən qızların sayı kəskin artıb
İranla qarşıdurmada qələbə qaçılmazdır - Tramp
Geosiyasi fürsət: Hörmüz boğazının bağlanması və Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın əhəmiyyəti artır
Xaməneinin dəfn mərasimi ilə bağlı xəbər təkzib edildi
Qərbi Azərbaycan əyalətində silah-sursat aşkarlanıb
Güneyli tədqiqatçı dünyasını dəyişib
NYT: İranın mühafizəkar qanadı ABŞ ilə mümkün razılaşmanı pozmağa çalışırlar
İranda neft oğurluğu- 7 nəfər saxlanılıb
İsrail yenidən İranla müharibəyə hazırlaşır- "Haaretz"
Müharibə naziri: İranla razılaşma əldə olunmasa, ABŞ hərbi əməliyyatları yenidən başlatmağa hazırdır
Bloomberg: İranın Küveytə zərbəsi nəticəsində bir neçə amerikalı yüngül xəsarət alıb
İran məhkəməsi daha bir etrazçını ölümə məhkum etdi
Milli fəalların məhkəməsi oldu- Lisani, Kari və Xeyrcu qatılmadılar
Meksika da İran millisinə viza verməyib
İran rəsmilərinin villaları müsadirə olunacaq - Bessent
Məsud Pezeşkian hökumət iclasında çıxış etdi - Davam edəcəyəm
AP: ABŞ blokadanı yarmağa çalışan ticarət gəmisini sıradan çıxarıb
Tanınmış Qaşqay şair və tədqiqatçı İlyas Bəhrampur Laçın vəfat edib
Dəniz minaları Oman sularında da müşahidə olunub
Axios: İran ABŞ-la danışıqlarda üstünlük qazanmaq üçün Hizbullaha müharibəni genişləndirməsi üçün təzyiq göstərir
Əhər-Təbriz yolunda ağır qəza: 3 nəfər həyatını itirdi
Səudiyyə KİV: İranın Hörmüz rüsum sistemi Səudiyyə-Çin neft ticarətini hədəfə alır
İsrail qüvvələri Livanın cənubuna irəliləyib