SON XƏBƏRLƏR

Maliyyə böhranı Rusiyanı sarsıtdı

2021.10.20, 07:36
Maliyyə böhranı Rusiyanı sarsıtdı

Gunaz.tv
Maliyyə böhranı Rusiyanı sarsıtdı vaxe8pgd.jpg Əsas şirkətlərin səhmlərinin ciddi şəkildə ucuzlaşması ölkəni fəlakətlə üz-üzə qoydu Rusiya iqtisadiyyatı beynəlxalq böhran fonunda çökməkdə davam edir. Lent.az-ın “Finmarket” agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya bazarı tarixinin ən ağır gününü yaşayıb. Bu gün fond bazarlarında alqı-satqı əsas qiymətli kağızların sürətlə qiymətdən düşməsi ilə başlayıb. Səhm bazarında qiymət 5-12 faiz ucuzlaşıb, MMBB-nin indeksləri ilk dəqiqələrdə 13 faiz itirib, RTS-in indeksləri isə 6,8 faiz itirərək 1000 punktdan aşağı düşüb. “Sberbank”ın səhmləri 10,7 faiz, “VTB” 12 faiz, “Uralkaliya” 16,2 faiz, “Uralsvyazinform” 10,2 faiz, “Qazprom” 7,4 faiz, “Lukoyl” 6,56 faiz, “Rosneft” 9,7 faiz, “Norilsk nikel” 9,2 faiz, “Surqutneftqaz” 8,3 faiz, “Polyus Zoloto” 7,8 faiz, “Transneft” 6,7 faiz itirib. Ekspertlər bildirirlər ki, artıq 1998-cü il sentyabrın 16-də Rusiya iqtisadiyyatında baş verən “qara çərşənbə axşamı”nın rekordu qırılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar