SON XƏBƏRLƏR

İranda iqtisadi vəziyyət ketdikcə ağırlaşır

2021.10.20, 07:36
İranda iqtisadi vəziyyət ketdikcə ağırlaşır

Gunaz.tv
İranda iqtisadi vəziyyət ketdikcə ağırlaşır Mustafa Əvəzpur: "Azərbaycan türkləri iqtisadi böhrandan çox əziyyət çəkirlər" Turqut İran Mərkəzi Bankının məlumatlarına görə, bu il ölkədə ərzaq 30 faizdən çox bahalaşıb. Ətin, südün, tərəvəzin qiymətlərindən savayı, yerli əhali tibbi xidmətin, evlərin, elektrikin də qiymətlərinin kəskin qalxmasından əziyyət çəkirlər. İranın şimal şəhərlərindən birində sürücülük edən Mehdi ayda təxminən 200 ABŞ dolları qazana bilir. Bunun da yarısını ev kirayəsinə verməli olur. Pulu da yalnız yeməyə güclə çatır: "Ətin kilosu təxminən 8 dollar, toyuq əti 4 dollardır. Ərzaq dəhşət bahadır. İranda almanın kilosu iki dollardır. Bizim qazancımız yalnız sağ qalmaq üçün ərzaq almağa güclə çatır". İranda xüsusilə də şəhər əhalisi arasında eyni zamanda iki, bəzən də üç yerdə işləmək adi haldır. Çünki onlar bu yolla daim qalxmaqda olan qiymətlərə tab gətirməyə çalışırlar. Bu yay İranın Mərkəzi Bankı məlumat vermişdi ki, 65 milyonluq əhalinin hər dörd nəfərindən biri kasıblıq həddindən aşağı yaşayır. Baxmayaraq ki, onların vətənləri təbii neft və qaz ehtiyatlarına görə dünyada ikincidir. Elə bu aylarda neft qiymətlərinin qalxmasına görə, İran ayda 7,5 milyard dollar qazanır. Təbriz sakini, Güney Azərbaycan Milli Hərəkatının tanınmış fəalı Mustafa Əvəzpur bildirir ki, İranda iqtisadi vəziyyətin ağırlığını azərbaycanlılar daha çox çəkirlər. Onun sözlərinə görə, iqtisadi imkanlar sarıdan da azərbaycanlılar ayrı-seçkiliyə məruz qalırlar. Ölkə vətəndaşlarının çoxu kasıblıq və inflyasiyanın səbəbini prezident Mahmud Əhmədinejadın uğursuz maliyyə və iqtisadi siyasətində görürlər. Rəsmi məlumatlara görə, son aylar inflyasiya 25 faizdən çox olub. Halbuki Əhmədinejad hakimiyyətə gələrkən inflyasiya 12 faiz həddində idi. Mahmud Əhmədinejad hakimiyyətə neft gəlirlərinin ədalətli bölüşdürüləcəyi və kasıbların həyat səviyyəsinin yüksəlməsi vədlərilə gəlmişdi. Amma bu illər ərzində getdikcə artan inflyasiya və işsizlik kasıbları daha da kasıblaşdırıb. xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar