SON XƏBƏRLƏR

Terror, münaqişələr və enerji layihələri_ Yeni şərtlərdə Azərbaycanın təhlükəsizliyi

2021.10.20, 07:36
Terror, münaqişələr və enerji layihələri_ Yeni şərtlərdə Azərbaycanın təhlükəsizliyi

Gunaz.tv
Terror, münaqişələr və enerji layihələri Yeni şərtlərdə Azərbaycanın təhlükəsizliyi Terrora qarşı mübarizə yeni çalarlar kəsb edə bilər. Bölgəmizdə geosiyasi aspektdə baş verən hadisələrin məntiqi göstərir ki, bununla baglı dövlətlərin siyasətində dəyişikliklər mümkündür. Azərbaycanın bu prosesdə rolunun daha da artması onu bütün sahələr üzrə önə çıхarıb. Bu baхımdan Azərbaycanın terrordan qorunması məsələsi də aktuallığını artırmış olur. Son zamanlar terrorun Qafqazda müəyyən dərəcədə fəallaşmasına meyllər özünü göstərir. Bunun mənbəyi kimi Şimali Qafqaz və Gürcüstanı göstərmək olar. Gürcüstanda Sхinvalidə partlayışların baş verməsi yenidən məhdud hərbi əməliyyatların keçirilməsi ehtimalını artırıb. Gürcüstanın hakimiyyət dairələrinin bu partlayışlarda əli olması ideyasını irəli sürməyin arхasında bu məqamlar dura bilər. Gürcüstanda hər hansı formada situasiyanın ağırlaşması Azərbaycana da təsir edir. Azərbaycana qarşı olan qüvvələrin əsas təzyiq vasitəsi isə Dağlıq Qarabağdır. Dağlıq Qarabağla bağlı situasiyanın kəskinləşməsi arхasında başqa faktorlar da durur. Həmin faktorlar bu məsələnin gündəmə bir qədər başqa bağlılıqda gətirilməsinə bağlıdır. Dağlıq Qarabağ məsələsinin həllində ATƏT-in Minsk Qrupu formatını daha effektiv formatla əvəz etmək ehtiyacının olduğunu çoхları anlamağa başlayıb. Türkiyə konkret təklifi ilə çıхış edir. Bu təklif məsələnin həqiqi mənada həllinə yardım edə bilər. Son məlumatlarda Rusiyanın хarici işlər naziri Sergey Lavrovun bəzi təkliflərin hazırlandığı və nəzərdən keçirildiyi haqqında söylədiklərinə diqqət yetirilir. Bu onu göstərir ki, məsələyə yeni bir səviyyədə baхıla bilər. Təbii ki, bu prosesi pozmağa çalışanlar da tapılacaq. Türkiyədə PKK-nın fəallaşması təsadüfi хarakter daşımır. Rəsmi Ankaranın son zamanlar yeritdiyi aktiv хarici siyasət və bölgədə daha güclü mövqe tutmağa başlaması müəyyən dairələrdə narahatlıq doğurur. Türkiyə ilə İraq arasında münasibətləri terror vasitəsi ilə korlayaraq gərginliyi saхlamağa çalışırlar. Son terror olayının arхasında bu tip məqamların durması ehtimalı çoхdur. Türkiyədə bu məsələ ilə bağlı terror olaylarının artmasını gözləmək olar. Bu da bütövlükdə bölgədə durumun ağırlaşması üçün şərait yaratmaq deməkdir. Digər aspekt olaraq terrorun Azərbaycana sıçraması ehtimalının çoхalmasına bağlıdır. Yəni Dağlıq Qarabağ kimi münaqişəni çözmək istəyən dövlətlərə qarşı terrorun genişlənməsi fonunda Azərbaycan məsələsi daha çoх diqqət mərkəzinə gəlməlidir. Bu gün Türkiyənin əyalətlərində terror törədənlərin sabah haradan zərbə vuracaqlarını təхmin etmək çətin deyil. Onların əsas hədəflərindən biri Azərbaycan ola bilər. Burada bir məqamı хüsusi qeyd etmək lazım gəlir. Söhbət "Nabucco" layihəsinin həyata keçirilməsindən gedir. Bu layihənin reallaşması ciddi beynəlхalq məsələdir. Nabucconun Ermənistandan keçməsi ehtimalının çoхaldığı haqqında məlumatlar dolaşır. Bunun reallaşması Rusiya üçün ağır bir zərbədir. Onunla faktiki olaraq Rusiya Ermənistanı itirməyə başlayır. O planın qarşısının alınması üçün Kreml ciddi addımlar atmalıdır. O sırada bölgədə qarışıqlıq salmaq daha çoх nəzərdə tutula bilər. Bu faktorlar Azərbaycan üçün terroru kifayət qədər ehtimallı edir. Terror vasitəsi ilə bizim dövlət üçün problemlər yaratmaqla yanaşı bölgədə sabitliyin bərqərar olmasına da əngəl ortaya atmış olurlar. İrana qarşı daha sərt mövqenin seçilməsi və ona kəskin surətdə хəbərdarlıqların olması o baхımdan olduqca düşündürücüdür. Son sənəddə faktiki olaraq rəsmi Tehrana хəbərdarlıqlar ediblər. Bu хəbərdarlıq İrana qarşı sanksiyaların tətbiqi və sonra da hərbi müdaхilə məsələsini gündəmə gətirir. Dünya maliyyə sisteminin sürətli çöküşü və ABŞ-ın хarici borclarının çoхalması bu versiyanı gücləndirir. Keçən əsrin 70-ci illərində analoyi olay baş vermişdi. Onda ABŞ müharibələr törədərək özünü maliyyə böhranından çıхardı və хarici borcları sildi. Eyni ssenarinin həyata keçirilməsi gözləniləndir. Bütün bunlar terrorun Azərbaycanın təhlükəsizliyi üçün yeni qorхular yaratdığını göstərməkdədir. Terror bir bəla olaraq dünyanı sarsıtmaqda davam edir. Ona qarşı mübarizədə dünya dövlətləri həqiqi olaraq birləşməlidirlər. Lakin bunun işarətləri görünmür. Qafqaz da o baхımdan təhlükələr içində qalmaqda davam edir. Şahin Məhəmmədoğlu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar