SON XƏBƏRLƏR

Erməni baş naziri də Azərbaycanla əməkdaşlıqdan danışır

2021.10.20, 07:36
Erməni baş naziri də Azərbaycanla əməkdaşlıqdan danışır

Gunaz.tv
Erməni baş naziri də Azərbaycanla əməkdaşlıqdan danışır tiqran-sarkisyan1.jpg «Bu gün Ermənistan üçün həyati vacib məsələ regionun bütün dövlətləri və ilk növbədə Azərbaycanla mehriban qonşuluq münasibətləri qurmaqdır. Ermənistanın baş naziri Tiqran Sarkisyan müsahibəsində belə deyib. Ermənistanın baş naziri bildirib ki, Türkiyə prezidentinin təklif etdiyi «Qafqazda sabitlik və təhlükəsizlik platforması» da region ölkələrinin əməkdaşlığı konteksində müzakirə edilməldir. Türkiyə ilə diplomatik və iqtisadi əməkdaşlığa şərtsiz hazır olduqlarını bəyan edən erməni rəsmisinin sözlərinə görə, 15 ildən çox dondurulmuş münasibətlərin bərpa olunması yeni əməkdaşlığı təməlini qoymuş olacaq. Tiqran Sarkisyan Ermənistaninin istənilən regional layihəyə qoşulmaq marağını da gizlətməyib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinə gəlincə, Ermənistanın hökumət başçısı bildirir ki, ölkəsi də Azərabcyan kimi Avropa dəyrələrinə önəm verir və Avropa İttifaqının yeni qonşuluq siyasəti prqramına uyğun olaraq Azərbaycan və Gürcüstanla yaxın münasibətlər qurmalıdır. Baş nazir hesab edir ki, Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi Azərbaycanda prezident seçiklərindən sonra inkişaf edən xətt üzrə davam edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar