SON XƏBƏRLƏR

Azərbaycan dilinin tədris olunduğu ölkələrin sayı artacaq

2021.10.20, 07:36
Azərbaycan dilinin tədris olunduğu ölkələrin sayı artacaq

Gunaz.tv
Azərbaycan dilinin tədris olunduğu ölkələrin sayı artacaq Azərbaycan dilinin tədris olunduğu xarici ölkələrin sayı artacaq. APA-nın məlumatına görə, təhsil naziri Misir Mərdanov bildirib ki, hazırda Azərbaycan dilinin tədrisi dünyada həmyerlilərimizin kompakt yaşadığı ərazilərdə "bazar günü" məktəbləri vasitəsilə aparılır. Nazir bildirib ki, ABŞ-ın müxtəlif ştatlarında və Böyük Britaniyada "bazar günü" məktəblərinin fəaliyyəti üçün hər il Azərbaycanda çap olunan dərsliklər səfirliklər vasitəsilə həmin ölkələrə göndərilir: "Bu məktəblərə yalnız həmin ölkələrdə yaşayan azərbaycanlılar deyil, yerli vətəndaşlar da maraq göstərirlər. Mənə elə gəlir ki, bunu nəzərə alaraq işi genişləndirməliyik. Artıq bu istiqamətdə ilk addımlarımızı atırıq".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar