İranda daha üç iaşə obyekti bağlandı
Urmiya komandası İran Voleybol Premyer Liqasında daha üç xal qazandı
Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb
Küveyt İran səfirini Xarici İşlər Nazirliyinə çağırdı
İranda daha 9 məhbus edam edildi
Ceyhun Bayramov Ankarada TDT XİN Şurasının iclasında iştirak edib
İran edam və repressiyaları dərhal dayandırmalıdır- Hollandiya
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb
Rəsmi Seul Hörmüz boğazına hərbi qüvvə göndərməklə bağlı ABŞ-la danışıqlar aparır
Ceyhun Bayramov Türkiyəyə səfər edib
Qəzvinli fəal həbs edildi
Türkiyədə Cümhuriyyət Günü qeyd olunur
Tramp İranla müharibəni çox qısa müddətdə başa çatdırmaq niyyətindədir
İran polisi daha bir bəlucu öldürdü
İran məhkəməsi daha bir bəhaiyə ağır həbs cəzası verdi
İsrail və ABŞ razılaşıb: İrana genişmiqyaslı hücum bərpa ediləcək
Türkiyədə ABŞ İran arasında görüş keçirilməsi təklif edilib
İran Əmək Nazirliyinin rəsmisi ilin sonunadək 1 milyon 400 min iş yerinin itirilməsi təhlükəsi barədə xəbərdarlıq edib
Əmirhüseyn Ağayi Təbrizdə həbs edilib
Güneyli fəal Mehrdad Qaderi Təbriz həbsxanasına köçürülüb
İranda illik inflyasiya 76,8 faizə çatıb: ərzaq məhsullarında kəskin bahalaşma
Küveyt İran səfirini çağırıb
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
ABŞ İsrailə daha çox “Patriot” hava hücumundan müdafiə sistemi göndərir
Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar, xaricdən gələcək hər bir təxribata cavab verməyə hazırıq
Iranda daha altı məhbus edam edilib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Sulduzlu sosial media fəalı müvəqqəti olaraq sərbəst buraxılıb
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
Ərdəbilli fəal həbs edilib
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Ya yeni "narıncı" koalisiya yaradılacaq, ya səhnəyə Regionlar Partiyası çıxacaq, ya da bu ölkə növbədənkənar parlament seçkilərinə hazırlaşmağa başlayacaq Baş nazir Yuliya Timoşenko və prezident Viktor Yuşşenko arasında uzun müddətdir ki, müşahidə olunan soyuqluğun kulminasiya nöqtəsinə çatmasını çox gözləmək lazım gəlmədi. Gələn il keçiriləcək seçkilərdə prezident kreslosuna göz dikən baş nazir aləmi qarışdıran addım atdı. Söhbət bir müddət əvvəl Yuliya Timoşenkonun rəhbərlik etdiyi blokun ("YTB") rusiyapərəst Regionlar Partiyası ilə prezidentin səlahiyyətlərini məhdudlaşdıran bir neçə qanun layihəsinin qəbulu ətrafında razılığa gəlməsindən gedir. Bu, "YTB" ilə "narıncı" koalisiyada təmsil olunan "Bizim Ukrayna-Xalq Özünü Müdafiə" Blokunun sərt təpkisiylə qarşılandı və prezident Viktor Yuşşenkonu dəstəkləyən bu blok hökumətin tərkibindən çıxdığını bəyanladı. Ramiz Mikayıloğlu Viktor Yuşşenko da Ali Radanı buraxaraq növbədənkənar seçkilər keçirmək barədə qərar verə biləcəyini söylədi. Amma ABŞ-ın vitse-prezidenti Dik Çeyninin Kiyevə gəlişi, Yuliya Timoşenko və Viktor Yuşşenko ilə görüşündən sonra "narıncı" koalisiyanın bərpası, yenidən təşkilinin mümkünlüyü yönündə bəyanatlar səslənməyə başladı. Keçən həftə də "YTB" prezidentin səlahiyyətlərinin məhdudlaşdırılmasıyla əlaqədar qanunların parlamentə səsverməyə çıxarıldığı zaman Regionlar Partiyasından fərqli mövqe sərgilədi. Bu gün isə "narıncı" koalisiya ya yenidən formalaşdırılmalı, ya da prezident parlamenti buraxaraq, növbədənkənar seçkilərin keçirilməsi barədə qərar verməlidir. Çünki ölkə Konstitusiyasına görə nəzərdə tutulan müddət başa çatır. Bəs proseslər hansı yöndə cərəyan edə bilər? Baş nazir növbədənkənar parlament seçkilərinin keçirilməməsi üçün bacardığını edəcəyini bəyanlayıb. O bildirib ki, maksimum səy göstərmək lzımdır ki, daha bir növbədənkərar seçkilərlə bağlı xaosa yol verilməsin. Yuliya Timoşenko inanır ki, onlar qarşılıqlı anlaşmaya gələcək və koalisiya barədə razılaşma imzalayacaqlar. Ancaq baş nazirin keçən həftənin cümə günü Moskvada səfərdə olarkən rusiyalı həmkarı Vladimir Putinin mətbuat konfransında Viktor Yuşşenkonu "murzırka" adlandıraraq təhqir etməsinin qarşılığında susması diqqət çəkməyə bilməzdi. Üstəgəl, baş nazir sonradan ukraynalı jurnalistlərin bu yöndə suallarına cavab verərkən demişdi ki, bu ifadəylə tam razılaşmır, ancaq Viktor Yuşşenko da özü haqqında bu cür sözlərin işlədilməsinə müəyyən əsaslar verib. Bütün bunlar da Yuliya Timoşenkonun "narıncı" koalisiyanın baş tutması, təkrar parlament seçkilərinin keçirilməməsi yönündə nə dərəcədə səmimi olmasına müəyyən şübhələr yaradır. Məsələn, ukraynalı politoloq İqor Jdanovun qənaətinə görə, baş nazir "Bizim Ukrayna-Xalq Özünü Müdafiə" Bloku ilə koalisiyanın bərpasını arzulamır, yalnız imitasiya ilə məşğuldur. Çünki qorxur ki, rusiyapərəst Regionlar Partiyasıyla əməkdaşlıq "YTB"nin qərbyönümlü elektoratı arasında mənfi qarşılanar və bu elektorat seçkilərdə prezidentin blokuna üstünlük verər. Ekspertə görə, əgər "narıncı" koalisiyanı bu dəfə yenidən yaratmaq mümkün olsa belə, Ukrayna cəmiyyəti 2-3 ay sonra yenidən koalisiyanın parçalanmasının şahidi olacaq: "Bundan əlavə, çətin ki, koalisiya yaradanlar gələn il keçiriləcək prezident seçkilərində vahid namizədlə iştirak barədə razılığa gəlsinlər. Mahiyyətcə, koalisiyanın bərpasından sonra da parçalanma yaradan səbəblərin hamısı olduğu kimi qalacaq, onların heç biri aradan qaldırılmır". Regionlar Partiyasının parlamentdəki fraksiya rəhbəri Aleksandr Yefremov əmindir ki, Yuliya Timoşenko kreslosunu qorumaq naminə sərfəli olan hər şeyi etməyə hazırdır. Bununla belə o, "narıncılar"ın yeni koalisiyasının yaradılıb-yaradılmayacağını proqnozlaşdırmaqda çətinlik çəkib. Ötən həftə Yuliya Timoşenkonun siyasi şıltaqlıqlarından zara gəldiyini dilə gətirən Viktor Yuşşenko bu gün səhər "Bizim Ukrayna-Xalq Özünü Müdafiə" blokunun parlamentdəki fraksiyasıyla görüş keçirəcək. Bu görüşün məqsədi yeni parlament koalisiyasının formalaşdırılmasına kömək etməklir. "Ukrayna Kommunikasiya Portalı" yazır ki, bloka daxil olan partiyalar ("Narodnıy Rux", Avropa Partiyası, "İrəli, Ukrayna!", Xristian Demokrat İttifaqı (XDİ) və s.) bəyanlayıblar ki, Yuli Timoşenko ilə koalisiya barədə razılaşma uğur vəd etmir. XİD sədri Vladimir Stretoviç hesab edir ki, fraksiya yaratmaq səyləri nəticə vermir. Viktor Yuşşenkonun Litvin blokunu yeni koalisiyada görmək istəmədiyi də bəllidir. Yuliya Timoşenko da bunu təsdiqləyib. Koalisiya ilə bağlı isə prezident özü bildirib ki, hələ oktyabrın 4-də onun parlamenti buraxmaq barədə qərar vermək səlahiyyəti olub: "Ancaq 7 oktyabra qədər siyasi qüvvələrin hüquqi baxımdan koalisiyanı formalaşdırmaları üçün vaxt verdim. Əgər partiyalar razılığa gəlməsələr, mən parlamenti buraxacam. Oktyabrın 7-də mən məsləhətləşmə keçirəcəm. Bu andan sonra de-yure prezidentin parlamenti buraxmaq səlahiyyəti olur". Prezident parlamentə "Meksika serialları" oynamamağı da məsləhət görüb: "Növbədənkənar seçkilər Ukraynanın siyasi sisteminə böyük dəyişikliklər gətirməyəcək. Ən azı koalisiyanın formalaşdırılması naminə milli prioritetlər ətrafında razılaşma yolları axtarılmalıdır. Yoxsa Meksika seriallarındakı kimi oyunla məşğul olmaq, hər 12 aydan bir seçki keçirmək yaxşı deyil". Viktor Yuşşenko onu da vurğulayıb ki, oktyabrın 7-nə kimi parlamentdə yaradılacaq istənilən formatlı koalisiyanı qəbul etməyə hazırdır. Bu isə o deməkdir ki, hətta rusiyapərəst Regionlar Partiyası Litvin bloku və kommunistlərlə razılığa gələrsə, bir il əvvəlki kimi bu partiyanın sədri Viktor Yanukoviç də baş nazir postunda əyləşə bilər...
Küveyt İran səfirini Xarici İşlər Nazirliyinə çağırdı
İran edam və repressiyaları dərhal dayandırmalıdır- Hollandiya
Türkiyədə Cümhuriyyət Günü qeyd olunur
İran polisi daha bir bəlucu öldürdü
İsrail və ABŞ razılaşıb: İrana genişmiqyaslı hücum bərpa ediləcək
Türkiyədə ABŞ İran arasında görüş keçirilməsi təklif edilib
Iranda daha altı məhbus edam edilib
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Iranda daha altı məhbus edam edilib
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İran agentlərinin ABŞ ərazisində olması ehtimalı yüksəkdir- New York Times
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb