SON XƏBƏRLƏR

Qırğızıstanda zəlzələdən ölənlərin xatirəsinə matəm elan olunub

2021.10.20, 07:36
Qırğızıstanda zəlzələdən ölənlərin xatirəsinə matəm elan olunub

Gunaz.tv
Qırğızıstanda zəlzələdən ölənlərin xatirəsinə matəm elan olunub 20081007112110_1.jpg Qırğızıstanda oktyabrın 5-də gecə baş verən zəlzələ nəticəsində ölənlərin xatirəsinə bu gün matəm elan olunub. Oktyabrın 5-i gecə saatlarında ölkənin Oş vilayətində 8 bal gücündə baş verən zəlzələ nəticəsində 74 nəfər ölüb,100-ə yaxın insan yaralanıb. Səhiyyə Nazirliyinin məlumatına görə, ölənlərin 41-i uşaqdır. Yaralıların əksəriyyəti isə Oş şəhərindəki Sarı Daş kəndinin xəstəxanasına yerləşdirilib. Qırğızıstan hökuməti zəlzələdən zərər çəkənlərə yardım üçün 500 min dollar məbləğində pul vəsaiti ayırıb. Artıq bir neçə ölkə əraziyə xilasetmə dəstələri göndərib. Tacikistanla sərhəddəki Oş vilayəti aktiv seysmik zona sayıldığından, Qırğızıstan seysmoloji mərkəzi yaxın vaxtda bölgədə daha bir təkanın qeydə alınacağını bildirib. ANS PRESS

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar